Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Afət Fərmanqızının əri sərbəst buraxıldı

Tarix: 03-02-2022 11:37     Baxış: 3174 A- / A+
Afət Fərmanqızının əri sərbəst buraxıldı

Tanınmış müğənni Afət Fərmanqızının həyat yoldaşı, hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən Mamed Nanacanov sərbəst buraxılıb.
Manevr.az bildirir ki, bu barədə apa-ya hüquq-mühafizə orqanlarından məlumat verilib. Hazırda onun barəsində olan cinayət işi üzrə istintaq hərəkətləri aparılır.

Müğənni Afət Fərmanqızı açıqlamasında bunu təsdiq edib. O bildirib ki, həyat yoldaşının Xəzər rayon Polis İdarəsi tərəfindən saxlanılması ilə bağlı Daxili işlər naziri Vilayət Eyvazova müraciət edib: "Cənab nazir bundan sonra məsələyə baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinə göstəriş verdi. Hazırda işlə bağlı obyektiv araşdırma aparılır. Diqqət və qayğıyla bağlı cənab nazirə təşəkkür edirəm".
A. Fərmanqızı bu məsələ barədə qeyri-dəqiq məlumatlar dərc edən KİV-i məhkəməyə verəcəyini də bildirib.
Qeyd edək ki, Mamed Nanacanov vətəndaş Vaqif İsayevə hədə-qorxu gələrək ondan 200 min dollar tələb etməkdə ittiham olunur. O, Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) və 221.3 (xuliqanlıq) maddəsi ilə təqsirləndirilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar