Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Tacirin xanımı Fədayə Laçına görə intihara cəhd etdi - VİDEO

Tarix: 23-01-2022 13:55     Baxış: 4213 A- / A+
“Fədayə Laçınla duet ortaqlığımız yaranmışdı. İlk konsertimiz oldu. Dövlət televiziyasından gəlib duetlərimizi çəkdilər. Mən də efir vaxtını öyrəndim. Qardaşıma zəng edib dedim ki, ayın 10-u bizim evdə yığışaq, çəkilişə baxaq".
Manevr.az xəbər verir ki, bu sözləri müğənni Tacir Şahmalıoğlu "Onun sirri" verilişində deyib. Sənətçi həyat yoldaşının onu qısqandığı üçün intihara cəhd etdiyini bildirib:
"Ağlıma gəlməzdi ki, Fədayə ilə oxuduğum duetə görə yoldaşım qısqanar. Yeməklər bişirilib, qardaşım da ailəsiylə gəlib. Birdən gördüm ki, yoldaşım yoxdur. Soruşdum Kəmalə haradadır? Niyə gəlmir? Qardaşımın yoldaşı dedi ki, mətbəxdən qaz iyi gəlir. Qapını içərdən bağlamışdı, qırdıq. Yoldaşım qazı açmışdı. Artıq dəm qazından zəhərlənirdi. Üstünə tez düşdük, faciədən qurtardıq. İllər sonra gördü ki, ailəmə bağlı adamam".
Qeyd edək ki, Tacir Şahmalıoğlu Fədayə Laçınla uzun illər küsülü olub. Hətta onların eşq yaşadığı da iddia edilib. F.Laçın həbs edildikdən sonra isə ifaçılar arasında mübahisə yaşanmışdı. Belə ki, Tacirin onun ünvanına "Fədayənin müəllimi olmuşam" sözü qalmaqala səbəb olmuşdu. Duet ortaqları ötən il Moskvadakı toy məclislərinin birində görüntülənmişdilər. Onların səmimi halları diqqət çəkmişdi.publika.az

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar