Sizin Reklam Burada
Xəbər lenti
09-11-2025
08-11-2025
BÜTÜN XƏBƏRLƏR

Əmrah Asyanı xilas etməsindən danışdı - VİDEO

Tarix: 09-01-2022 14:37     Baxış: 4259 A- / A+

"Hadisə toydan 15 gün keçəndən sonra baş verdi. Yanğın binanın blokunda idi. Elə bilirdim ki, yanğın evlərin birindədir. Eyvana çıxanda gördüm aşağıdan qışqırırlar ki, binaları tərk edin".
Bu sözləri aktyor Əmrah Dadaşov "Tam vaxtıdır" verilişində deyib. O, həyat yoldaşı Asya Atakişiyevanı hadisə zamanı evdən necə çıxarmasından danışıb.
"Qapını bağladım, dəm qazına düşdük. Həyətə blokun eyvanı olan hissədən düşməyi planlaşdırmışdım, amma eyvanı tapa bilmirdim. Bir anlıq düşündüm ki, qayıdım evə, ölürəmsə də evdə ölüm. O qədər isti idi ki, elə bilirdim yanırıq. Fikirləşirdim ki, zəhərlənib ölmək, yanıb ölməkdən daha yaxşıdır. Beynimdə yalnız bu fikir idi. Qapını açmaq istədim, əlim əsdi və açar yerə düşdü. Açarı götürmək istəyərkən ayağa qalxmağa halım olmadı. Asya da yanımda sakitcə durmuşdu. Dedim, heç olmasa onu çıxarım, özüm qalsam da olar. Bir anlıq Allahdan güc gəldi, Asyanı tutub, təxminlərlə qara tüstünün içində divara dəyə-dəyə çıxardım. Heç nə görünmürdü. O gün getsin, bir də gəlməsin", - Ə.Dadaşov bildirib.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar