Sizin Reklam Burada
Xəbər lenti
26-04-2026
25-04-2026
BÜTÜN XƏBƏRLƏR

“Özümü ən rahat hiss etdiyim yer hamamdır” - Azər Axşam

Tarix: 13-03-2017 21:08     Baxış: 1259 A- / A+


“Rejissor deyir ki, mayallağ aş, aşır”

"Rejissorlar peşəkar aktyorlardan qorxurlar"

ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olan aktyor, aparıcı Azər Axşam maraqlı açıqlamalar verib.

O, rahat yataqda yaxşı yata bilmədiyini qeyd edib:

"Mən narahat olan yerlərdə daha yaxşı yatıram. Yaxşı yataq olanda, narahat oluram. Həmin həyəcan yuxumu qaçırdır".
  “Özümü ən rahat hiss etdiyim yer hamamdır”

Azər Axşam aktyorların teatrdan gedişindən söz açıb:

"Əvvəllər teatrdan aktyor gedəndə deyirdilər ki, heyf aktyoru itirdik. İndi isə deyirlər ki, yaxşı ki teatrdan getdi. Çünki çox tələb edirdi, çox sual verirdi. Sual verən işçini sevmirlər. Mən özüm çox sual verirdim, çox tələbkar idim. Mənim aktyor kimi kaprizlərim var, anlamaq istəyirəm ki, necə edəcəm. Onun üçün suallar verirdim. Maliyyə azlığından teatrdan ayrıldım. Onunla ailə saxlamaq olmazdı.
Sevilən aktyor ən rahat olduğu yer haqda danışıb:

Özümü ən rahat hiss elədiyim yer hamamdır. İnsan üçün ən rahat məkan onun evidir. Amma iş baxımından harada ona ehtiyac varsa, dəyər varsa, orada özünü rahat hiss etməyə bilməz. Tamaşaçılar məni şoumen kimi görüblər, sonralar isə teatrda. Mən istəmişəm ki, məni aktyor kimi tanısınlar.

Azər Axşam bəzi rejissorlardan şikayətlənib:

Aktyorları filmlərə az çəkirlər. Bura seriallar da aiddir. Rejissorlar peşəkar aktyorlarla işləməkdən qorxduqları üçün belə edirlər. Peşəkar aktyorlar olanda sual verir, necə oynamağın lazım olduğunu soruşur, rejissor onda əsəbləşir. Amma peşəkar olmayanlara isə rejissor deyir ki, mayallağ aş, o da aşır. Soruşmur ki, niyə aşıram".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar