Sizin Reklam Burada
Xəbər lenti
14-10-2025
13-10-2025
BÜTÜN XƏBƏRLƏR

Müğənni Eltonun toy qiymətləri dodaq uçuqlatdı: 42 min manat

Tarix: 13-12-2021 16:43     Baxış: 4230 A- / A+
Müğənni Eltonun toy qiymətləri dodaq uçuqlatdı: 42 min manat
Əməkdar artist Elton Hüseynəliyev bir müddət əvvəl uzun fasilədən sonra Rusiyaya toya getdiyini bildirib. Sənətçi sosial şəbəkədə bununla bağlı paylaşımlar edərək, "Buralar üçün lap darıxmışdım" şərhini yazıb.
Manevr.az-ın axşam.az-a istinadən verdiyi məlumata görə, sənətçi toy qiymətlərini daha da bahalaşdırıb. Elton Rusiyada bir məclisi idarə etmək üçün 25 min dollar (təxminən 42 500 manat) tələb edib. Bu qiymətə onun təyyarə bileti və qalmaq pulu da daxildir.Hazırda sənətçinin bütün işlərini özü edən həyat yoldaşı, prodüser Tamilla Hüseynəliyeva xəbəri təsdiqləyərək bunları əlavə edib:
"Əgər ansambılla gedirsə 25 min dollar istəyir. Bura bütün musiqiçilərin də biletpulu daxildir. Əgər Elton tək gedirsə onda qiymət 20 min dollardır. Elton Bakıda toya ansambılla birlikdə 15 min manata gedir".
Tamilla E.Hüseynəliyevin Rusiyaya girişinə qadağa qoyulması haqda şayiələrə də münasibət bildirib:
"8 il əvvəl bir dəfə Rusiyaya bilet alınanda geri qayıtdı ki, cəriməmiz var. ödədik və yenidən bilet aldıq. Amma son vaxtlar belə hadisə olmayıb. Elton pandemiyaya görə Rusiyaya getmirdi. Eyni zamanda toy qiymətini artırıb, o pulu ödəməyəndə razılıq vermirik. Bu qiymət də bir çoxlarına sərf etmir".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar