Sizin Reklam Burada
Xəbər lenti
10-10-2026
09-10-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı müğənninin konsertində silahlı insident

Tarix: 12-03-2017 18:50     Baxış: 274 A- / A+
Azərbaycanlı müğənninin konsertində


Ötən gecə Rusiyanın Krasnoyarsk vilayətinin Açinsk şəhərində yerləşən "London" barında Azərbaycan əsilli müğənninin konserti zamanı atışma baş verib.

Manevr.az Report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin vilayət üzrə Baş İdarəsinin mətbuat xidmətinin məlumatında bildirilir.

Qeyd olunur ki, bu gün səhər şəhər xəstəxanasından polisin növbətçi hissəsinə hadisə barədə məlumat daxil olub. Səhər saatlarında xəstəxanaya döş qəfəsindən odlu silah yarası almış 28 yaşlı gənc gətirilib.

"Zapad" İnformasiya Agentliyi yazır ki, münaqişə kafenin azərbaycanlı sahibi ilə direktoru arasında qeydə alınıb. Azərbaycanlı avtomobilindən yivsiz lüləli tüfəng götürərək havaya atəş açıb. Direktor isə cavabında onu travmatik tapança ilə hədəfə alıb. Mülkiyyətçi, öz növbəsində döyüş patronu ilə doldurulmuş tüfəngini insanların toplaşdığı əraziyə tuşlayıb. Nəticədə qarşı tərəf güllə yarası alıb.

Bu gecə bara çoxlu sayda insanın toplaşmasına Azərbaycan əsilli 25 yaşlı müğənni Elbrus Canmirzəyevin çıxışı olub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar