Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Nadirdən oğlunun toyu ilə bağlı qadağa

Tarix: 06-12-2021 20:09     Baxış: 4236 A- / A+

“Media çəkilişinə icazə verilməyəcək. Bu mənim yox, oğlumun toyudur. Mənim üçün bu problem deyil. Amma övladım istəmir. Nə edə bilərəm?”
Manevr.az xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında müğənni Nadir Qafarzadə deyib. Sənətçi dekabrın 20-də oğlu Loğmana şəhər restoranlarından birində toy etməyə hazırlaşır. O bildirib ki, gecədə media çəkilişinə icazə verilməyəcək.

Nadir eyni zamanda oğluna özəl gündə edəcəyi hədiyyələrdən söz açıb:
“Toy bitəndən sonra övladım və xanımı öz evlərinə gedəcəklər. Mənimlə birlikdə yaşamayacaqlar. Rahat yaşasınlar, özləri istədikləri kimi müstəqil. Oğluma təhsil vermişəm, maşını, evi var. Bal ayına da göndərəcəyəm. Ona bundan artıq nə hədiyyə edim? Onsuz hədiyyə hər zaman olub və olacaq da”.
Nadir toy xərclərindən də danışıb:
“Məşhurluğumdan istifadə etməyəcəyəm. Heç vaxt nəyisə reklam qarşılığında etmirəm. İlk övladımdır, bunu etmərəm. Düzdür, hörmət edirlər, endirimlər olur. Amma hər şeyi ürəyimcə edəcəyəm. Valideyn illərlə çalışır ki, övladı sağlam böyütsün. İllərlə toplayırsan, çamadanı açırsan ki, toyda xərcləyirsən. Bu gün o gündür. Gücüm nəyə çatırsa, onu edəcəyəm. Yığdığımı toyda da xərcləməsəm, nə zaman xərcləyəcəyəm? Hər bir valideyn bu xoş gündən yaşasın”.
Qeyd edək ki, Loğman və Əntiqənin nişanı bir neçə həftə əvvəl baş tutub.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar