Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda podiumda öpüşən cütlük kimdir? - ŞƏKİLLƏR

Tarix: 04-12-2021 14:20     Baxış: 4402 A- / A+


Ötən gün  Azərbaycan Moda Həftəsinin final günündə podiumda öpüşən modellərin kimliyi ictimaiyyət arasında maraq doğurub.  
Milli.Az Olay-a istinadən xəbər verir ki, Sergey Krauz və Marina Dar cütlüyü bir müddətdir sevgilidir.  
Marina əslən Pirallahıdandır, ixtisasca mühasibdir.  Valideynlərinin seçimi ilə Moskva Dövlət İqtisadiyyat və İdarəetmə Universitetində təhsil alıb. Bir müddət peşəsi üzrə Ukraynada çalışıb, daha sonra Azərbaycana qayıdıb. 24 yaşlı Dar yeddi ildir model kimi fəaliyyət göstərir. 
26 yaşlı Sergey isə ixtisasca rəqqasdır. 11 illik rəqs karyerasını bitirib və model kimi fəaliyyət göstərib. O, sevgilisi kimi yeddi ildir bu peşə ilə məşğul olur, həm də foto çəkməyi sevir.

Krauzun İnstaqramda 9 min, Marinanın isə 20 minə yaxın izləyicisi var.
Həmçinin, cütlüyü dünəndən etibarən sosial şəbəkələrdə tənqid edənlərin sayı çoxluq təşkil edir.  Sergey ittihamlara sosial şəbəkədə cavab verib:
"Bəli, biz bunu etmişik. Amma bir şey başa düşün ki, hamı bizi kimi modanı anlamır.  Hər kəs sənəti başa düşmür. 
Xüsusən də burada yalnız rüsvayçılıq və biabırçılıq görənlərə gəldikdə isə, bəli, biz Azərbaycandayıq, burada fərqli mentalitet var, amma bu, o demək deyil ki, hər kəs eyni görünür.  Şərhləri oxuyuram, həm dəstək olanları, həm də bizə "palçıq atanları" bəyənirəm". 












Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar