Xəbər lenti
Yaşlı fahişə işindən danışdı: 5 min adamı xilas etmişəm - FOTOLAR
"Məni əxlaqsız, tərbiyəsiz, yaramaz insan saya bilərlər. Lakin mənə söyənlər, məni təhqir edənlər bilsinlər ki, karyeram boyunca 5 mindən artıq nikahı dağılmaqdan qorumuşam. Yəni 5 min qadının ərsiz qalmasına, atılmasına mane olmuşam. Hər şey kimi, seks də satılıb-alına bilər və burada qəribə heç nə yoxdur".
Bunu 17 yaşında fahişəliyə başlayan, indisə "bordel-madam" olan Vivyen Uord deyir.
myBaku.az Daily Mail-ə istinadən bildirir ki, İngiltərənin Çeşir qraflığındakı Uilmslou şəhərində yaşayan 66 yaşlı Vivyen Uord "peşə"sini sevir. milli.az
Əxlaqsızlıq, vücudunu satmaq bütün zamanlarda və bütün cəmiyyətlərdə ən pis, ən qəbahət, ən iyrənc iş sayılsa da, Vivyen Uord fəaliyyəti ilə fəxr edir.
O, Britaniyada fahişəliyin leqallaşmasına çalışdığını söyləyib.
"Mənim bordelimdə hər gün yüzlərlə müştəri olur. Onlar ehtiraslı insanlardır və burada istədiklərinə çatandan sonra yenidən ailələrinə qayıdırlar. Belədirsə, işimin nəyi pisdir?! Mən ailələri dağılmaqdan, kişiləri kənarda məşuqə axtarıb arvadlarına xəyanət etməkdən hifz edirəm. Düşünürəm ki, Britaniyada fahişəlik fəaliyyəti qanuniləşərsə, hamı üçün yaxşı olar. Həm biz tam leqal işləyib vergilər ödəyərik, həm də o vergilər hesabına dövlət büdcəsində pul artar", - Vivyen Uord söyləyib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar