Sizin Reklam Burada
Xəbər lenti
09-11-2025
08-11-2025
BÜTÜN XƏBƏRLƏR

Əməkdar artistin evi əlindən alındı

Tarix: 24-10-2021 22:52     Baxış: 4238 A- / A+


Əməkdar artistin evi əlindən alındı
Əməkdar artist Fərqanə Qasımovanın evi əlindən alınıb.
Manevr.az xəbər verir ki, xanəndə bu haqda "Onun sirri" proqramında danışıb. O bildirib ki, gəlin köçdüyü ev ondan alınıb:

"Aldığım zərbələrdən biri də bu oldu ki, verilən sözün üstündə durulmadı. Övladlarımı dünyaya gətirdiyim, əziyyət çəkdiyim ocaq mənə verilmədi. Mənim gəlin getdiyim ocaq idi. Ağrılı, acılı, xoş günlərim orada oldu. O evi inkar etdilər. Bizim olanı bizdən aldılar, haqqımız olanı aldılar. Dedilər, siz bizim üçün yoxmuş kimi həyatınıza davam edin. 6-7 il evsiz atamın evində qaldıq. Çətinliklər var idi, evsizlik bizə zərbə vurdu. Bu mənzərələrdən keçmiş insan üçün danışmaq asan deyil. Bilərəkdən imza atdım, Allaha tapşırdım. İnsana pislik edən kim edər? Ona yaxın biri".

F.Qasımova "Uşaqların atasının ailəsi tərəfdən oldu" sualına "Yəqin ki... Elə oldu. Mən də o insana ata kimi baxırdım. Satılan, əldən gedənləri Allah bərpa edir. Əsas o deyil ki, əlimdən getdi. Sadəcə, bizə verilən dəyər, söz... İnsanı acıdan odur. Bu gün evim var, atamın dəstəyi ilə" reaksiyasını verib.(axşam.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar