Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Vüsalə Əlizadə vəfat edən qardaşından yazdı

Tarix: 21-09-2021 11:17     Baxış: 3165 A- / A+
Vüsalə Əlizadə vəfat edən qardaşından yazdı

Dağ boyda qardaşı ölən bacıyam. Doğum günün mübarək, canımdan, qanımdan gedən, canım. 33 yaş cənnət yaşıdır deyirlər, bu yaşında cənnətlə mükafatlanan igid qardaşım. 5 ildə üzünü 5 ay görmədim, bilərəkdən uzaq oldun, hə? Bizi bu gün üçün hazırlayırdın? Vətən sağ olsun deyirdin, bacın qurban. Neyləyirəm sənsiz o ulduzları, o medalları... Sən ki bu dünyadan heç doymamışdın, niyə atamla bəhsə girdin? Kimin adı daha çox yaraşacaq qara daşa... Başımı sinənə qoyanda atamın iyini səndən alırdım... Sən ki vəfasız deyildin, niyə yarı yolda qoydun məni, qara daşdan sənin qoxun gəlmir. Sənin kimi oxşamır saçımı, Diləyimi sənə əmanət etmişdim, ay vəfasız, sən Rafaelini mənə etibar etdin. Bir ömürlük ürək dağım oldun. Bu gün sənin günün. Allahım səni beş bacıya ərməğan verdi. Uşaqlığımın ən böyük arzusu qardaşım. Yaraşıqlım, dağım, ən uca zirvəm, güvənim, fəxrim, dayağım, başımın tacı, paşam. Vətən, torpaq aşiqi igidim.

Manevr.az
xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə instaqramda yazıb. Qardaşının fotosunu paylaşan aparıcı onu doğum günü münasibətilə təbrik edib:

“Doğum günün mübarək, bacısının bir dənəsi, sənə can sağlığı uzun ömür, daha yüksək rütbələr, bol şans arzu edirəm... Allahım səni xətadan, bəladan uzaq etsin, bacısının nəfəsi, körpəm, sonbeşiyim... Bir balanın toyunu görməyi Allah sənə qismət eləsin İnşallah. Qardaşımın 33 yaşı olur, ay camaat! Təbrik yazmışam, cənnətə necə göndərim? Kömək edin, nə olar. Gün bitir, gecikirəm, sonra küsər bacısından”.

Xatırladaq ki, Əlihüseyn Əlizadə avqustun 15-də avtomobil qəzasında həyatını itirib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar