Sizin Reklam Burada
Xəbər lenti
15-09-2025
BÜTÜN XƏBƏRLƏR

Erməni müğənni Azərbaycan mahnısı ilə qazandığı gəliri itirdi

Tarix: 11-09-2021 09:16     Baxış: 4202 A- / A+
Erməni müğənni Azərbaycan mahnısı ilə qazandığı gəliri itirdi

Bir müddət əvvəl Xalq artisti Röya Ayxanın ifa etdiyi "Bəlkə də" mahnısı Ermənistandan olan müğənni Sargis Abrahamyan tərəfindən ifa olunub.


Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, Vətən müharibəsi dövründə erməni müğənninin oxuduğu mahnının bəstəkarı Pərviz Mahmudov müəllif hüquqları onda olduğu üçün sözügedən klip və ifanı yutubda bloklamağa nail olub. Buna baxmayaraq, oğurluq mahnı bir neçə hesabda yenidən paylaşılıb, bir illik fasilədən sonra isə Abrahamyanın yutub səhifəsində aktivləşib.

P. Mahmudov qafqazinfo-ya açıqlamasında bildirib ki, o, növbəti addım ataraq həmin paylaşımdan əldə olunan gəliri öz hesabına köçürməyi bacarıb.

"Vətən müharibəsi zamanı bu mahnının erməni ifaçı tərəfindən oxunduğunu gördük. Daha sonra Türkiyədə əməkdaşlıq etdiyim "Mesam" şirkətinə müraciət etdim. Bütün digital platformalardan sildirdik. Lakin başqa hesablardan yayımlandı. Mahnının lisenziyası məndə olduğu üçün tam haqq tələbi göndərdim. Bundan sonra o hesabda həmin mahnı üçün toplanan baxışdan əldə olunan gəlir mənim hesabıma oturulacaq",- deyə bəstəkar əlavə edib.

Qeyd edək ki, "Bəlkə də" mahnısı 2008-ci ildə yazılıb və 2009-cu ildə Xalq artisti Röya Ayxan tərəfindən ifa edilib. Bəstə 2010-cu ildə Türkiyədə yenidən aranjeman olunub, müğənninin ifasında bir daha səsləndirilib və milyon baxışı keçən ilk estrada mahnısı kimi qeydə alınıb.

Bəstənin sözləri isə Leyli İsrafilovaya məxsusdur.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar