Sizin Reklam Burada
Xəbər lenti
15-10-2025
14-10-2025
BÜTÜN XƏBƏRLƏR

Onlayn dərsdə istədiyin səviyyə və keyfiyyət olmur... - Xalq artisti

Tarix: 05-09-2021 10:04     Baxış: 3132 A- / A+
Onlayn dərsdə istədiyin səviyyə və keyfiyyət olmur... - Xalq artisti

"Muğam müsabiqəsi Şuşada keçirilə bilər".


Manevr.az
bildirir ki, bunu qaynarinfo-ya açıqlamasında Xalq artisti, muğam ifaçısı Mənsum İbrahimov deyib. Sənətkar bu il üçün keçirilməli olan Muğam müsabiqəsinin pandemiya səbəbindən təxirə salındığını da vurğulayıb:

"Bu il müsabiqənin vaxtı idi, amma olmadı, pandemiya imkan vermədi. Muğam müsabiqəsi canlı və tamaşaçı ilə keçirilməlidir. Müsabiqə tamaşaçısız olsa, o effekti verməyəcək. Hələ bundan əvvəl də müsabiqənin seçim turu olmalıdır. Seçim turu da bölgələrdə aparılır. Öncə müsabiqədə iştirak üçün 20 nəfər seçilməlidir".

Sənətkar teatr və konsert salonlarının açılmasına ümid etdiyini bildirib:

"Yaradıcılıqdan, səhnədən uzaq qalmaq sənət adamları üçün çox çətindir. İki ilə yaxındır ki, səhnəyə çıxmırıq, teatr və konsert salonlarımız bağlıdır. Yoluxma çoxdur, görək nə qərar verəcəklər. Amma hələ rəsmi sevindirici xəbər yoxdur. Təkçə teatr deyil, konsert salonlarımız da qapalıdır. Ümid bəsləyirik ki, vaksinləşmə prosesindən sonra bəlkə yayılma azalar, salonlar açılar. Dərslərimiz də dayanıb. Bütün dərslər onlayndır. Onlayn dərsdə istədiyin səviyyə və keyfiyyət olmur, xüsusən də muğam sənətində".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar