Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Fərqanə Qasımova ərinin həbsindən yazdı: "Geri dönüşü olmayan bir yolu tutdu"

Tarix: 25-08-2021 14:39     Baxış: 4236 A- / A+
Fərqanə Qasımova ərinin həbsindən yazdı: "Geri dönüşü olmayan bir yolu tutdu"

"Bəzi saytlarda və sosial mediada yayılmış məlum xəbərlə bağlı fərqli şərhləri oxuduqca həm təəssüfləndim, həm də təəccübləndim. Əvvəla, bu həyatda hər kəsin bir sınağı olur. Tanımadan, bilmədən özgə bir ailəni müzakirəyə çıxarmaq kiməsə başucalığı gətirməz. Taleyin öz hökmü var".

Xalq artisti Alim Qasımovun qızı, tanınmış xanəndə, Əməkdar artist Fərqanə Qasımova məsələyə "Instagram" hesabında münasibət bildirib.

O evindən özünə və anasına məxsus külli miqdarda qızıl-zinət əşyalarını oğurlamaqda ittiham olunan həyat yoldaşı Elnur Mövlanov haqda çıxan xəbərlərə münasibət bildirərkən yazıb.

Sənətçi ərinin geri dönüşü olmayan bir yolu tutduğunu qeyd edib: "Həyat yoldaşımla tanış olarkən hər ikimiz çox gənc idik. Valideynlərimizin xeyir-duası ilə evləndik. Tanrı bizə dörd gözəl bala nəsib etdi. Böyük ailə böyük məsuliyyətdir. Çox heyif ki, hər şey arzuladığımız kimi olmur. Elnur geri dönüşü olmayan bir yolu tutdu. Nə qədər çalışsaq da, onu xilas edə bilmədik. Çünki bəzi məqamlarda seçim insanın öz öhdəsinə qalır. Mən və övladlarım bu ağır imtahandan da imanımız, ədəbimizlə çıxacağıq. Bu, hər kəsin başına gələ bilər, yaxşı olar kimsə başqasına rişxənd etməsin. Alim Qasımov sənəti, adı ilə mədəniyyətimizi zirvələrə qaldırıb. Onun adını lazımsız yerə hallandırmağa gərək yoxdur. Bunun özü də bir mədəniyyətdir. Hər kəsin diqqətini çəkmiş hadisə sadəcə, bizim ailə problemimizdir. Onu da qeyd edim ki, bu hadisə 1 ilə yaxındır baş verib. Buna baxmayaraq, eşitdiyi məlumatları yalan və yanlış yayanlara ayıb olsun. Lütfən müzakirə mövzusu etməyin".

Xatırladaq ki, F.Qasımova bir neçə il bundan əvvəl rəsmi olmasa da, həyat yoldaşından ayrılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar