Sizin Reklam Burada
Xəbər lenti
15-06-2026
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

“Atam sağ olsaydı, sənətdə bu qədər irəliləməzdim” - VİDEO

Tarix: 01-03-2017 22:21     Baxış: 7328 A- / A+
“Atam sağ olsaydı, sənətdə bu qədər irəliləməzdim”

ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olan rəqqasə Fatimə maraqlı açıqlamalar verib.

Manevr.az xəbər verir ki, o, əvvəlki cəsarətli rəqslərinə son qoymasının səbəblərini açıqlayıb, yaşadığı çətin günlərdən söz açıb:

"O Fatimə mən deyildim, bugünkü Fatimə mənəm. Ailədə necə doğulub tərbiyə alırsansa, o cür olursan. Oriyental rəqslər barədə səhifəni həyatımdan silmişəm. Övladlarıma görə unutdum. Bizim mentalitetimizə yaraşmayan rəqsdir. Hər dəfə deyirəm danışmayacam bu haqda, amma yenə danışacam. Elə bir an olur ki, adam bilmir necə olsun. Hər kəs - dost-tanış, qohumlar və s səndən üz çevirir. Yanında kimsə olmur. Anan da bankrot olur, deyir ki, özümü öldürəcəm. Buna şükür edirəm ki, Allah məni başqa yola əl atmağa qoymadı. Öz əziyyətimlə övladımı böyütdüm".

Rəqqasə ailəsindən və atasının ölümündən danışıb:

"Ailədə çox çətin durumdaydıq. Atam öləndən sonra ailədə böyük dəyişikliklər oldu. Anam öz ixtisası üzrə işləmirdi, öz biznesi var idi. Atamdan sonra bankrot olduq. Atam 1 ay ərzində öldü. Pis xəstəliyə tutuldu. Atam sağ olsaydı, sənətdə bu qədər irəliləməzdim. Ona çox bağlıydım".


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar