Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Toyda oxumaq qadın sənəti deyil - Mətanət İsgəndərli

Tarix: 01-08-2021 19:19     Baxış: 4221 A- / A+
Toyda oxumaq qadın sənəti deyil - Mətanət İsgəndərli

"Evdə oturub qeybət edəndə anam əsəbiləşir ki, öz sözünüzü danışın. Bu yaşıma qədər anamın qeybət etdiyini görməmişəm".
Bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Söhbət var" proqramında deyib. Müğənni toylardan danışıb. O bildirib ki, toy aparmaq qadın yox, kişi müğənninin işidir.

M.İsgəndərli "Sizin sevginizi qazanmaq üçün nə etmək lazımdır" sualına belə cavab verib:

"Heç nə istəmirəm, mənə vəfalı olsun. Deyirsiz kübar xanım, deyirəm, kaş həyatım da belə kübar keçərdi. Kişi kimi işləyirəm. Gecə-gündüz çalışıram. Gecəmiz, gündüzümüz yoxdur... Evin yükü üstümdədir. Oğlum sağ olsun, ana-bala baş-başa verib işləyirik. Oğlum mənə çox dayaqdır. O, yanımda olmayanda əl-ayağım dolaşır. Uşaqlıqdan yanımdadır, indiyənə qədər.

Bu sənət o qədər çətindir ki... Toyda oxumaq qadın sənəti deyil. Əvvəl ancaq kişilər aparardı, bir toya xanım çağırılanda, təəccüblə deyirdilər filan toya qız gəlib. Qəribə gələrdi ki, toya qadın müğənni gətirilib. Bu sənət kişi sənətidir, qadın üçün ağırdır. Yollarda qalırsan, toyun stressi, cürbəcür insanlar var, həyəcandır... Oxumaq hünər istəyir. Səsində bir qüsur oldu, hamı gülür".(axşam.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar