Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı aktrisa türk aktyora ərə gedir

Tarix: 01-08-2021 11:29     Baxış: 4211 A- / A+
Azərbaycanlı aktrisa türk aktyora ərə gedir

Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə sevgilisi, türk aktyor Gökhan Alkanla evlənir.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, aktyor ailə arasında təşkil olunan axşam yeməyində Nəsrinə sürpriz evlilik təklifi edib. Azərbaycanlı aktrisa sevgilisinə "hə" cavabını verib.

Qeyd edək ki, cütlük "Yasak elma" serialında birgə rol aldıqdan sonra münasibətə başlayıb.

Onu da qeyd edək ki, 33 yaşlı Gökhan Alkan aktyorluq karyerası ərzində "Muhteşem Yüzyıl", "Herşey Yolunda Merkez", "Gurbette Aşk Bir Yastıkta", "Kocamın Ailesi", "Seviyor Sevmiyor", "Kalp Atışı", "Zengin ve Yoksul", "Yasak Elma" və "Kalp Yarası" seriallarına çəkilib.

Nəsrin Cavadzadə 1982-ci ildə Bakıda dünyaya gəlib. 11 yaşında Türkiyəyə köçən aktrisa Mərmərə Universitetinin Kino və Televiziya fakültəsini bitirib. 39 yaşlı aktrisa indiyədək "Samanyolu", "Al Yazmalım", "Ağır Roman Yeni Dünya", "Görüş Günü Kadınları", "Küçük Ağa", "Kış Güneşi", "Bizim Hikaye", "Yasak Elma" seriallarına və bir çox filmə çəkilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar