Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Xərçəngdən müalicə olunan Ağadadaş Ağayevdən ŞAD XƏBƏR

Tarix: 29-06-2021 19:46     Baxış: 4196 A- / A+
Xərçəngdən müalicə olunan Ağadadaş Ağayevdən ŞAD XƏBƏR

Uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən Xalq artisti Ağadadaş Ağayev xərçəngə qalib gəlib.

Manevr.az xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkədə məlumat yayıb. O bildirib ki, üç dəfə əməliyyat olunan ifaçı bu gün Azərbaycana qayıdır:

“O qədər sevincliyəm ki... Mən axı hər ağızda bir dua var demişdim, xalqın alqışı sənətkarını xilas edəcək deyə, inanmışdım. Axır ki, Ağayevlər ailəsi aylardan bəri ilk dəfə olaraq sevincdən ağladı. Çünki mənim qardaşım, dostum - Azərbaycan Respublikasının xalq artisti Ağadadaş Ağayev bu gün vətənə qayıdır. Özü də sağlam, gümrah. Dəfələrlə əməliyyat olunan sənətkar ölümə baş əymədi.

Mən bilirəm o xəstəxana çarpayısı, həkimlərin sözlə dolu gözlərinə baxmaq nə deməkdir. Bütün bunlardan insanı bir şey xilas edir: dua və inam. Ağadadaş Ağayev də inanırdı ki, sağ-salamat elinə, obasına qayıdacaq. Budur, qardaşım vətənə, ailəsinə, səhnəyə qayıdır”.

Qeyd edək ki, A. Ağayev bu ilin aprelində müalicə üçün Türkiyəyə yollanmışdı.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar