Sizin Reklam Burada
Xəbər lenti
06-05-2024
05-05-2024
BÜTÜN XƏBƏRLƏR

"30-dan çox toyun behini almışam” - Afət Fərmanqızı

Tarix: 23-06-2021 18:41     Baxış: 5152 A- / A+
"30-dan çox toyun behini almışam” - Afət Fərmanqızı

Bir iyul tarixindən etibarən müəyyən şərtlərlə toyların keçirilməsinə icazə veriləcək. Həmçinin dəvətli sayına da bir sıra məhdudiyyətlər qoyulub. Artıq 400-500 nəfərlik toyları, 150 qonağın iştirak etdiyi məclislər əvəz edəcək. Bir də toylara icazə verilməsi ilə yada bu sahədən çörəy pulu qazanan insanlar düşür. Şübhəsiz onlardan ən tanınmışları müğənnilərdir. Sənətçilər bir il yarımdan sonra öz ölkəmizdə keçirilən toylarda ifa edəcəklər.

Manevr.az xəbər verir ki, mövzu barədə "sherg.az"la həmsöhbət olan müğənni Afət Fərmanqızı toy sahiblərindən zənglərin gəldiyini söyləyib:

"Pandemiyadan əvvəl 30-dan çox toyun behini almışam. İndi fikirləşirəm ki, necə olacaq. Çünki vaxt azdır. Qarşıdan "Məhərrəm" ayı gəlir. Hamısı da altıncı və bazar günündə toyun olmasını istəyir.

Bu gün 9 toy yazmışam. Razılaşırıq, kartın nömrəsini göndərirəm behi köçürdürlər. Həm sevinirik. Bir tərəfdən də insanlara səslənirəm, vaksinasiyaya "hə" deyək. Ona görə ki toyda problem yaranmasın. Nəticədə koronavirusdan azad olaq. Məsələn, hazırda Rusiyada vəziyyət pisdir.

Biz qaydalara qarşı aqressiv idik. Deyirdik, toylara niyə icazə verilmir. Bəlkə də, ən az itki bizdə oldu. O da Prezidentimizin uğurlu siyasətinin nəticəsində durumumuz daha yaxşıdır. Başqa ölkələrdə belə deyil. Xəstəlik tüğyan edir. Hindistan ştammı yayılır. Rusiyadan camaat qaçıb gəlir. Onların içərisində müğənnilər də var.

Xəstəlik mənbəyidir. Xəstəliyi gətirəcəklər, ölkəmizi nə günə qoyacaqlar? Onları da qınamıram. Nə etsinlər? Çörək pulu üçün getmişdilər. Lakin peyvənd olunsunlar. Mənim immunitet sertifikatım var.

Müddəti bitəndən sonra peyvənd olunacam. Hər şey qaydasındadır. Bəzi adamlar deyir ki, xəstələrin sayı azalıb, bir oyundur. Qonşum aptek müdiridir. O, deyir ki, dərman alan yoxdur. Deməli, yoluxan azdır. Əvvəl isə deyirdi, dərman çatdıra bilmirik. Gəlin, qaydalara əməl edək".

Müğənni ötən ilin dekabr ayında koronavirusa yoluxduğunu xüsusi vurğulayıb:

"Bir ay evdən çıxmamışam. İndi toylara görə, dieatadayam. On kilo arıqlamışam. Bilirəm ki, immunitetim düşüb. Bu dəfə də yoluxsam pis olacaq".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar