Sizin Reklam Burada
Xəbər lenti
20-09-2024
19-09-2024
BÜTÜN XƏBƏRLƏR

Cavanşir Məmmədovdan ittiham: "Sən gəlib orada mənə fiqura göstərirsən?"

Tarix: 22-06-2021 16:08     Baxış: 3176 A- / A+
Cavanşir Məmmədovdan ittiham: "Sən gəlib orada mənə fiqura göstərirsən?"

"Mənim dilim başımı ucaldır. Mənə 10 milyonun sevgisi lazım deyil. Onlardan bir milyon məni sevsə, bəsdir. Hamı bir adamı bəyənə bilməz".

Manevr.az sherg.az-a istinadən xəbər verir ki, bu sözləri "Xəbər-ətər" proqramında müğənni Cavanşir Məmmədov deyib. O, qalmaqallı açıqlamalarından söz açıb:

"Danışmazdan əvvəl götür-qoy edirəm. Mənə deyirlər ki, sizin kimi beş-altı nəfər olsa, fikirlkərimizi çatdırardı. Xalqın ağlından keçənləri dilə gətirərəm. Geyimlərə söz atmıram. Şəxsi fikrimdir. Deyirəm ki, toya "kalqotqa" ilə gəlirlər. Dəbdir deyə hamı geyinməlidir? Toya geyiniləsi paltar deyil. Oranın öz libası var. Gərək xanım-xatun geyinəsən. Sən gəlib orada mənə fiqura göstərirsən?

Mənə lazım deyil. Misal üçün çimərliyə toya geyindiyin paltarla gedərsən? Yox. Eynilə çimərlikdə geyindiyin paltarla toya gəlməməlisən. Mən zövqdən danışıram. Bilirəm ki, proqramda hansı mahnıları oxuyacam və ona uyğun geyinirəm. Aparıcı göz yormamaq üçün hər gün fərqli geyinə bilər. Amma sən ayda-ildə bir dəfə toya çağırılırsan, yanında gözəl-göyçək həyat yoldaşın var. Ona görə istəmərəm o tərz geyinilsin. Yaxşı edirsən. Lakin düz etmirsən. Kimisə məcbur edə bilmərəm. Yaltaqlanan da deyiləm. Sual verirsiniz, öz fikrimi səsləndirirəm. Düz,ya səhvdirsə deyin. Yazılan rəyləri oxumuram. Əvəzimdən cavab yazırlar".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar