Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Cərimələnən məşhur restoran bu müğənniləri də Bakıya gətirir

Tarix: 08-06-2021 19:01     Baxış: 5148 A- / A+
 Cərimələnən məşhur restoran bu müğənniləri də Bakıya gətirir

Şənbə günü karantin rejiminin kobud şəkildə pozulduğu Mustafa Ceceli konsertinin təşkilatçısı və keçirildiyi "İstanbul Meyhane Bilgah” restoranı bu dəfə Bakıya Alişanı gətirir.


Bu barədə əyləncə mərkəzinin instaqram səhifəsində məlumat verilib. Bildirilib ki, sənətçi 19 iyunda sözügedən restoranda tamaşaçı qarşısına çıxacaq.

Bir neçə gündür sosial şəbəkələrdə müzakirə olunan Cecelinin musiqili gecəsində baş verən qayda pozuntularının Alişan konsertində də olacağı istisna edilmir.

Elə həftəsonundan etibarən gündəmi zəbt edən mövzu barədə Daxili İşlər Nazirliyi və Nazirlər Kabineti yanında Operativ Qərargah açıqlama yayıb.

DİN bildirib ki, Türkiyənin məşhur müğənnisi Mustafa Cecelinin şənbə günü Bakıda keçirdiyi konsert proqramında karantin qaydalarının kobud şəkildə pozulmasına görə "İstanbul Meyhane Bilgah” restoranının sahibi cəzalandırılıb. Belə ki, obyektin sahibi və konsertin təşkilatçısı Bürhan Abdullazadə barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib və rayon məhkəməsinin qərarı ilə o, 4 min manat cərimə olunub.

Operativ Qərargahın yaydığı məlumatda isə restoran sahiblərinə xəbərdarlıq olunub: "Bir neçə restoran xarici ölkələrdən müğənniləri dəvət edərək kütləvi tədbir keçirməklə və yeni konsertlər təşkil olunacağı haqda məlumatlar yaymaqla xüsusi karantin rejiminin qaydalarını nümayişkəranə halda pozmuş, vətəndaşların kütləvi yoluxması üçün təhlükəli şərait yaradıb”.

Hər iki qurumun açıqlamasından sonra "İstanbul Meyhane Bilgah”ın instaqram səhifəsində Alişanın afişası silinib. Eyni zamanda, onlar şənbə günü paylaşdıqları Mustafa Cecelinin konsert görüntülərini də səhifələrindən pozublar.

Lakin sözügedən restoranın feysbuk səhifəsində nəinki Alişan, hətta bir çox Türkiyənin populyar simalarının Bakıya gələcəyi qeyd olunub. Bildirilib ki, İrem Derici, Cem Belevi, Alişan, Rafet El Roman, Buray və digərləri iyun-iyul ayları ərzində paytaxtda konsert verəcək.

Rəsmi qurumların xəbərdarlıqlarından sonra həmin restoranda konsertlərin baş tutub-tutmayacağı isə sual altındadır. /qafqazinfo.az

Manevr.az


 Cərimələnən məşhur restoran bu müğənniləri də Bakıya gətirir

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar