Sizin Reklam Burada
Xəbər lenti
19-08-2025
18-08-2025
BÜTÜN XƏBƏRLƏR

Ağadadaş Ağayev əməliyyat olunacaq

Tarix: 07-06-2021 17:14     Baxış: 3157 A- / A+
Ağadadaş Ağayev əməliyyat olunacaq

Xalq artisti Ağadadaş Ağayev əməliyyat olunacaq.

Bu barədə tanınmış aparıcı Hacı Nuran Hüseynov paylaşım edib.

“Dostlarımın mənim üçün nə qədər dəyərli olduğunu hamı yaxşı bilir ... Onların uğuru öz uğurum, kədəri kədərimdir. Harda olsam da, ürəyim yanlarındadır. Elə Ağadadaş Ağayevin yanında olduğu kimi. İnanın səmimiyyətimə, bu dəqiqə qəlbim onun yanındadır. Çünki sabah mənim qardaşım yenidən əməliyyat olunacaq ... Düz 1 ay onun yanında oldum. Bu, mənim bir vəfa borcum idi. Ağadadaşın həyat eşqi məndə sözün həqiqi mənasında böyük təəssüb doğurdu. Əslində, mənim də o xəstəliklə mücadilə apardığımı hamı bilir. Və hətta mən belə onun qədər həyat dolu deyildim. İstanbulda olduğum ərəfədə ona baş çəkmədiyim gün yox idi. Və hər dəfə də Ağadadaş məni musiqi ilə qarşılayırdı. Mənə elə gəlirdi ki, onun motivasiyası da elə musiqi idi. Və sabah mənim qardaşım yenidən əməliyyat masasına uzanacaq. Ötən əməliyyat düz 5 saat çəkmişdi. Və Ağadadaş Ağayev üçün nəinki mən, doğmaları, ailəsi, dostları, bütün Azərbaycan xalqı dua etdi. Qardaşımın yenə dualarımıza ehtiyacı var. Biz yenə onun üçün Tanrıya əl açmalıyıq Hər ağızda bir dua var axı. Yenə möcüzə olacağına inanıram. İnanıram ki, həyatın bütün sınaqlarından çıxdığı kimi sənətkar qardaşım bu dəfə də əməliyyatdan alnıaçıq, salamat çıxacaq. Əziz qardaşım, tez sağal, səhnəmiz sənsiz olmasın!”

Qeyd edək ki, xərçəng xəstəliyindən əziyyət çəkən xalq artisti mayda da əməliyyat olunmuşdu.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar