Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Şəmkir işi"ndə adı hallanan Famil Xəlilovu tanınmış müğənnilərlə nə bağlayır?

Tarix: 29-04-2021 16:20     Baxış: 3182 A- / A+
"Şəmkir işi"ndə adı hallanan Famil Xəlilovu tanınmış müğənnilərlə nə bağlayır?


Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədova açılan cinayət işində "Park Kolizey” MTK rəhbəri Famil Xəlilovun (Veyis Xəlilov) da adı hallanır.


Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən şəxsin kimliyi ictimaiyyət arasında maraq doğurub. Məlum olub ki, F. Xəlilov mətbuata heç də yad biri deyil.

Belə ki, iş adamının Azərbaycanın tanınmış xanım müğənniləri ilə tez-tez adı çəkilir. Müğənni Şəbnəm Tovuzlu bir neçə il əvvəl iş adamı ilə sevgili olduğunu, hətta vətəndaş nikahında yaşadığını da mətbuata açıqlayıb. Şəbnəm daha sonra iş adamının sevgilisi yox, rəsmi və dini nikahlı əri olduğunu iddia etmişdi. Onların birgə şəkilləri də mediada yayımlanmışdı.

F.Xəlilovun gənc müğənni Vəfa Şərifova ilə də sevgili olması barədə məlumatlar dərc olunub. İddia olunur ki, Vəfanın bir neçə il əvvəl dünyaya gələn övladının atası da Famil Xəlilovdur.

Bir neçə il əvvəl V.Şərifovayla Şəbnəm Tovuzlunun münasibəti məhz iş adamına görə gərginləşmişdi.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar