Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Erməni müğənni mənə zəng etdi”

Tarix: 24-03-2021 16:07     Baxış: 4265 A- / A+
“Erməni müğənni mənə zəng etdi”


Ermənilər arasında bizim musiqini sevənlər çoxdur. Nyu-Yorkda mükafat alanda, salonun yarısı erməni idi. Səhnə arxasında yaxınlaşırdılar. Hətta biri dedi ki, sənə qulaq asıb müğənni olmuşam. Başladı "Getmə" oxumağa. Eyni mənim kimi oxuyurdu. Bizimkilər isə məndən öyrənib, deyir, Zeynəb Xanlarovaya, Müslim Maqomayevə qulaq asmışam. Bizə düşmən olsalar da, etiraf edirdilər. Sadə xalq pis siyasətçilərin qurbanı olub.

Manevr.az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova Əməkdar artist Bəhram Bağırzadə ilə İnstaqramda canlı yayımda deyib. Müğənni ona zəng edən ermənidən söz açıb:

"Hayiko adlı erməni müğənni mənə zəng etmişdi. Norveçdə idim. Deyirdi ki, Yerevandayam, bax nəyə qulaq asıram. Qoydu "Külək niyə belə əsirsən". Deyir ki, qoy, bir nəfər desin niyə qulaq asırsan? Bəzən onların sənət insanlarını qınamıram. Biri Azərbaycanın yaxşılığına danışan kimi yüz nəfər ona hücum edir".

Dadaşova karantində toysuz və səhnəsiz qalmasından danışıb:

"Rusiyada, Türkiyədə mənə yaxşı müqavilələr təklif edilirdi. Amma vətənimə bağlıyam, gəldim bura. Burda tək gəlirimiz toydur. Yaxşı müğənni olmaq istəyirsənsə, ya sponsorun, ya da yaxşı maaşın olmalıdır. Bahalı sənətdir. Toylar yoxdur. Maaşım yaxşı olsa toy olmasa da olar. Sənətimə pul xərcləməliyəm. Çalışdım karantində də nəsə edim, boş qalmayaq, sənət yaşasın. Özfəaliyyət indi baş alıb gedib. Pandemiya, pulsuzluq bunun üstünə gəlir və pis olursan".

Müğənni insanların imkansızlıqdan şikayət etməsini qınayıb:

"Vaxt var idi, küçədə dayanardın, yarım saatdan bir bir maşın keçirdi. Heç kim də demirdi, kasıbıq, ölürük acından. İndi çıxırsan küçədə milyon dənə maşın, tıxac, hamı da şikayət edir. Hamının əlində telefon, interneti var, ancaq deyir, acından ölürük. Əvvəl camaatın nə maşını, nə telefonu var idi. Heç kimdə demirdi, acından ölürük. Şükür etmək lazımdır. Biz musiqiçilər bir ildir işləmirik, amma nəyisə satırıq, dolanırıq. Ailəmdə 3 nəfərik, amma bacılarıma da baxıram. Onların nəyinin olub-olmadığını bilməsəm, yata bilmərəm".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar