Sizin Reklam Burada
Xəbər lenti
01-02-2026
31-01-2026
BÜTÜN XƏBƏRLƏR

"Müğənniyəm deyə, mənimlə heç kim evlənə bilməz?" - Nazpəri Dostəliyeva

Tarix: 01-02-2021 16:57     Baxış: 3214 A- / A+
"Müğənniyəm deyə, mənimlə heç kim evlənə bilməz?" - Nazpəri Dostəliyeva


"Haqsızlıqlarla üzləşdim, televiziyalardan uzaqlaşdım. Susdum, bilirsiz niyə? Mənə deyirdilər, niyə susursan, özünü müdafiə etmirsən? Nədən, kimdən, hansı qorxacaq işimdən özümü müdafiə edim? Mənəvi əziyyətim maddi əziyyətdən çox oldu".

Manevr.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva "MTV özəl"də qonaq olarkən deyib. Müğənni efirlərdən uzaq qalmasından bəhs edib.

Dostəliyeva övladlarından danışıb. İfaçı bir müddət əvvəl açıqladığı "Oğluma müğənni qız almaram" fikrini təkzib edib:

"Bəlkə bu sözü övladlarım subay olanda demişəm, düzdür yadıma gəlmir. Amma fakt varsa, demək ağzımdan çıxıb. Övladlarım evlənmək istəyəndə, seçimlərinə qarışmamışam. Demişəm, seçdikləri qıza baxıb, bir də sınaqdan keçirəcəm. Görüm necə övlad böyütmüşəm: yaxşı, ya pis.

Heç demərəm ki, oğluma müğənni qız almaram. Məndən sonra da bu sözü dedilər, yaxşı qarşılanmadı. Özüm müğənniyəm, mənimlə heç kim evlənə bilməz? Bu nə deməkdir? Hansı sənətin sahibi olursa olsun tərbiyəsi, əxlaqı, mənəviyyatı olsun. Belə gəlin hansı ocağa düşsə, o ev xoşbəxtdir. Hətta oğlum Əkbərin təkidi ilə sənətə gəlmişəm".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar