Sizin Reklam Burada
Xəbər lenti
17-08-2025
16-08-2025
BÜTÜN XƏBƏRLƏR

Elza Xatunu, Şəbnəmi, Pərvizi BİABIR ETDİ: "Onlara dərs keçərəm" - VİDEO

Tarix: 28-01-2021 09:49     Baxış: 4238 A- / A+
Elza Xatunu, Şəbnəmi, Pərvizi BİABIR ETDİ: "Onlara dərs keçərəm" - VİDEO


Əməkdar artist Elza Seyidcahan qalmaqallı açıqlamalar verib.
Manevr.az xəbər verir ki, lent.az-ın canlı yayımında qonaq olan müğənni bir çox həmkarlarını tənqid edib:

“Mən ara mahnıları oxumuram. Aran musiqilərini oxuyanlar var. Bayağı ifaçı var ki, istedadını göstərə bilmir. Məsələn Xatun Əliyeva özü üçün repertuar yaradıb. Amma bünövrəsindən onun musiqi savadı olsaydı, daha yaxşı olardı. Ara müğənnilərin içində özünə görə çalışır. Xatun Musiqili Teatrda aktrisa kimi sənətkar olardı. Amma belə sıradan müğənnidir.

Şəbnəm Tovuzlu da eyni Xatun kimidir. Məsələn Aşıq Samirə uşaqlıqdan üzərində çalışır. İndi də onun bəhrəsini görür. Xatun və Şəbnəm onsuz da belə olmalı idilər. Çünki təməldə musiqi savadları yoxdur. Hərənin bir zövqü var. Amma sənət başqa şeydir. Şəbnəmin güclü dəmirli səsi var, amma uşaq vaxtdan muğam öyrənsəydi, daha yaxşı olardı. Düzdür, insanlar var ki, onu dinləyir, zövq alır. Onların ifasına peşəkar bəstəkar kimi yanaşıram. Sabah bir festivala qatılmaları üçün savad lazımdır. Onların mahnılarına qulaq assam, məhv olaram. Məni bir həftə otaqda saxlayın, onların musiqisini qoyun, məhv olaram. Mən və mənim qismimdə olan insanları öldürmək istəsəniz, onların mahnısını verin. Bizi öldürmək üçün zəhərə, narkotikə, minaya ehtiyac yoxdur. Biz onları dinləsək, ya dəli olarıq, ya intihar edərik. Klassik əsərləri dinləyəndə isə ac da, susuz da qalmaq olar".

Pərviz Bülbülə ilə Türkan Vəlizadənin bir mahnısını bəyənirəm. Onlar Musiqili Teatrda aktyorluğu olsunlar. Onlar orada çalışsalar, biləcəklər ki, müğənnidirlər, yoxsa yox. Bütün bu ifaçılar məndən dərs öyrənmək istəsələr, onlara dərs keçərəm. Amma bilirəm ki, istəməzlər”.

Qeyd edək ki, E.Seyidcahanın müsahibəsinin tam hissəsinə aşağıdakı videoda baxa bilərsiniz.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar