Sizin Reklam Burada
Xəbər lenti
18-08-2025
17-08-2025
BÜTÜN XƏBƏRLƏR

“Özümü öldürəcəm, bezdim məni hədələyən Mehribanın əlindən” - Kərimdən nazirlərə MÜRACİƏT

Tarix: 04-02-2017 21:51     Baxış: 6274 A- / A+
“Özümü öldürəcəm, bezdim məni hədələyən Mehribanın əlindən”


Müğənni Kərim Abasov Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubova və Ədliyyə Naziri Fikrət Məmmədova açıq məktub ünvanlayıb.

Manevr.az həmin məktubu təqdim edir:

“Hörmətli Nazirlər, mən azad Azərbaycan Respublikasının azad vətəndaşıyam. Amma bəzi adamların əlindən azad yaşaya bilmirəm. Mənə hədə-qorxu gəlirlər, bezdim… Özümə qəsd dərəcəsinə çatdırıblar məni. Məhkəmənin çıxardığı qərara əsasən Xanlarova Mehriban Aslan qızından sosial şəbəkədə üzr istədim. Lakin o, məni tutdurmaqla hədələyir. Bilmirəm bu insanın arxasında hansı hakim durub ki, hər kəsdən məhkəmə yolu ilə istədiyi pulu alır və istədiyi insanı həbs etdirməklə hədələyir. Mən başa düşmürəm ki, bu qadın aktrisadır yoxsa qanun? Bu insan görün özünə necə arxayındır ki, səbəbi olmadan “səni tutduracağam” deyir. Və məhkəmə qərarı ilə bütün qərarları öz istədiyi kimi çıxartdırır. Mənim Azərbaycan respublikasında bəlli nüfuzum var. Bu insan mənim nüfuzumu yerə vurmaq istəyir. Axı niyə? Kim bu qadına bu ixtiyarı verib? Mən bütün dövlət tədbirlərində fəal iştirak edən sənətçiyəm. Mən indiyə kimi Azərbaycan respublikasında qanun çərçivəsində yaşayan bir vətəndaş olmuşam. Amma bu qadının əlindən yaşaya bilmirəm. Mənə kömək etməyinizi rica edirəm. Mehriban Xanlarovanın etdiyi monarxiyaya son qoymağınızı xahiş edirəm”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar