Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Həyatda bir Leylim var, ona sadiqəm" - Mənsum İbrahimov

Tarix: 20-06-2020 19:25     Baxış: 3200 A- / A+
"Həyatda bir Leylim var, ona sadiqəm" - Mənsum İbrahimov

"Sənət adamlarına məsləhət görürəm ki, sənətləri ilə gündəmdə qalsınlar. Evləri, maşınları, bir-biri ilə davaları ilə yox".

Manevr.az xəbər verir ki, bu sözləri Xalq artisti Mənsum İbrahimov "Söhbətsiz" proqramında deyib. Xanəndə sənət aləmində yaşanan qalmaqallardan söz açıb:

"Əgər meydandasansa, rəqibin olacaq. Tələbələrimə də deyirəm, sizi haqlı və haqsız tənqid edənlərə cavab verməyin. Yaradıcı adam heç danışar? Onun vaxtı var? Bütün günü mahnılar, məşqlər edər. Uğur qazana bilməyənlər səbəbini başqasında axtarır. Paxıllıq xəstəlikdir. Allah onlara şəfa versin".

İbrahimov ailəsindən, övladlarından söz açıb:

"Dörd övladım var, hamısının gözəl səsi var. Amma onları həvəsləndirməmişəm. Uşaq valideynə görə sənətə gəlirsə, yarımçıq qalacaq. Üç övladım çalışır: biri diplomat, biri məmur, biri həkimdir. Üç qızım, bir oğlum var. Oğlumun 16 yaşı var, universitetə hazırlaşır. Ailədə 9 uşaq olmuşuq, hamımızın səsi olub. Sənəti ancaq mən seçdim.

Qəlbində məhəbbət olmayan insan robotdur. Allah onu hər kəsə vermir. İndi məhəbbət sözünü şouya çeviriblər. Bu hiss deyilmir, yaşanır. Məhəbbət qəlbimdə olmasa, Məcnunu necə oynayardım? Səhnədə on Leylim olub. Biri də türk aktrisa olub. Səhnədə 10, həyatda bir Leylim var. Uşaqlarımın anasıdır, ona sadiqəm".axşam.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar