Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Afaq Bəşirqızından yeni icra başçısına: "Ay uşaq, 1992-ci ildə sənin səkkiz yaşın var idi.."

Tarix: 22-05-2020 20:35     Baxış: 3203 A- / A+
Xalq artisti Afaq Bəşirqızı Ağstafaya yeni təyin olunan icra başçısı Seymur Orucovun Prezident İlham Əliyev ilə videoformatda görüşü zamanı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Afaq Bəşirqızından yeni icra başçısına: "Ay uşaq, 1992-ci ildə sənin səkkiz yaşın var idi.."

Manevr.az xəbər verir ki, gənc icra başçısı çıxışına 1990-cı illərin əvvəllərindəki vəziyyətdən danışmaqla başlayıb. Halbuki 1984-cü il doğum olan S.Orucovun o zaman 6-8 yaşı olub.

Bu mövzu sosial şəbəkələrdə də böyük maraqla müzakirə olunub.

Xalq artisti A. Bəşirqızı da açıqlamasında bu mövzuya toxunub:

"Mənim Prezidentim təkdir, bəzən ona yalan məlumatlar verirlər. Ona təqdim olunan bəzi mütəxəssislər çox yararsızdırlar. Elə bu günlərdə Ağstafa kimi ziyalılar məskəninə - Ağstafa, Qazax, Tovuz istər elm, istər mədəniyyət sahəsində öndə gedən rayonlarımızdır, çox güclü mütəxəssislər yetişdirən diyardır - 1984-cü il təvəllüdlü bir uşağın təyin olunması və təyinatından az sonra o cür danışması yolverilməzdir. Ay uşaq, 1992-ci ildə sənin səkkiz yaşın var idi. Gərək sənə vəzifə təklif olunanda özün deyəydin ki, mən buna layiq deyiləm. Bəsdirin! Son qoyun qohumbazlığa. Bu, filankəsin qızıdır, bu, filankəsin oğludur. Uçurumun kənarındayıq. Əlbəttə, siz bunu hiss edə bilməzsiniz. Niyə? Çünki sizin artıq dəniz qıraqlarında, çay qıraqlarında, meşələrdə, ormanlarda Azərbaycandan oğurladığınız pullarla gözəl villalarınız, şəraitiniz var. Uçurumun kənarında xalqdır, siz yox".(hit.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar