Sizin Reklam Burada
Xəbər lenti
14-10-2025
13-10-2025
BÜTÜN XƏBƏRLƏR

"Aramızda bir neçə dəfə..." — Namiq Aygün haqda elə sözlər dedi ki...

Tarix: 10-05-2020 13:31     Baxış: 4461 A- / A+
"Aramızda bir neçə dəfə..." — Namiq Aygün haqda elə sözlər dedi ki...


Məşhur müğənni-meyxanaçı Namiq Qaraçuxurlu "Söhbətsiz" verilişində qonaq olub.


Manevr.az xəbər verir ki, Namiq Qaraçuxurlu xalq artisti Aygün Kazımova ilə münasibətindən danışıb.

O deyib ki, müğənni ilə işbirliyi zamanı təcrübə qazanıb: "Hətta bu gün də müəyyən işlərimdə o təcrübəmdən istifadə edirəm. Aygün xanım ulduz olmaqla yanaşı, həm də yaxşı prodüserdir".
Namiq Qaraçuxurlu aparıcının "Demişdiniz ki, Aygün xanımla heç vaxt bir araya gəlməzsiniz. Amma Moskvada məclislərin birində birlikdə iştirak etdiniz" sözlərinə Namiq Qaraçuxurlu belə reaksiya verib:

"Bəli, o keçmişdə olmuşdu. Məndən asılı olan problem deyil. Bizim aramızda bir neçə dəfə problemlər olub. Bir dəfə bizdən Emin Musəvi Moskvaya toya getməyi xahiş edib. Onun xahişi ilə toy mərasiminə getdik. Bir dəfə də bir prodüser bizim adımızdan toy danışıb, beh almışdı. Bizdən xahiş etdi ki, məni pis vəziyyətdə qoymayın. Dedim ki, problem yoxdur, amma bir daha belə olmasın. Getdiyimə də peşman deyiləm.

Bundan sonra da tədbilərdə görüşməyimizdə problem yoxdur. Aygün xanımla münasibətimiz normaldır. Moskvada da çox rahat şəkildə səhnəyə çıxdıq. Ünsiyyətimiz də rahat oldu". teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar