Sizin Reklam Burada
Xəbər lenti
11-10-2026
10-10-2026
BÜTÜN XƏBƏRLƏR

"O səs Türkiyə"ni heyran edən Mehman növbəti turda - VİDEO

Tarix: 06-01-2017 21:31     Baxış: 5303 A- / A+
"O səs Türkiyə"ni heyran edən Mehman növbəti turda


TV8-də yayımlanan "O səs Türkiyə" müsabiqəsində "Sarı gəlin" mahnısı ilə hər kəsi özünə heyran edən azərbaycanlı iştirakçı Mehman Tağıyev növbəti mərhələyə adlayıb.

Musavat.com xəbər verir ki, həmyerlimiz bu haqda sosial şəbəkədə məlumat verib:

"Şükürlər olsun, dostlar. Allahın köməyi və sizlərin duaları ilə növbəti tura keçdim. Şükürlər olsun".

M. Tağıyev saytımıza açıqlamasında deyib ki, növbəti tur haqda açıqlama vermək icazəsi yoxdur: "Təbrik edən hər kəsə təşəkkür edirəm. Müsabiqə efirə getməmişdən öncə açıqlama verə bilmərəm. Layihə rəhbərləri icazə vermir. Növbəti tura keçdim. Müsabiqə yayımlansın, ətraflı danışacağam".

Qeyd edək ki, "Sarı gəlin" xalq mahnısını ifa edən Tağıyev performansı ilə Sibel Can, Murat Boz, Hakan-Gökhan və Hadisəni özünə tərəf döndərə bilib. Münsiflər ifaçının səsini çox bəyəndiklərini deyərək, ondan ikinci dəfə "Sarı gəlin"i ifa etməyini istəyiblər. Sonda həmyerlimiz Sibel Canı seçib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar