Sizin Reklam Burada
Xəbər lenti
08-11-2025
07-11-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı müğənni koronavirus şübhəsilə analiz verdi

Tarix: 20-03-2020 19:43     Baxış: 3240 A- / A+
Azərbaycanlı müğənni koronavirus şübhəsilə analiz verdi

Müğənni Ceyhun Əliyev koronavirus şübhəsilə analiz verib.

Manevr.az xəbər verir ki, sia-nın məlumatına görə, bu haqda sənətçi özü danışıb. O bildirib ki, özündə qrip əlamətləri hiss edib:

"Dərhal "103" xidmətinə zəng vurdum və həkimlər gəlib tüpürcək vasitəsilə analiz götürdülər. Karantin elan olunandan evdən çıxmıram. Amma yenə də qaydalara əməl etməliyik. Evimdə körpə uşaq var. İnsanlar bunu etməkdən çəkinməsinlər.

Heç soyuqdəymə əlaməti olmasa da, yenə analiz verəcəkdim. İndi ölkədə bu iş daha asanlaşdırılıb. Bir zənglə evinizə gəlir, analiz götürüb gedirlər. Şükür ki, nəticə yaxşı oldu. Həkimlər soyuqdəymə olduğunu bildirdilər. Hər şey qaydasındadır. Heç bir virus yoxdur.

İndi koronavirusla yanaşı qrip də yayılıb. Evinizdəki uşaqları, ətrafınızdakıları qorumaq üçün bunu etməlisiniz. Özü də deyim ki, həkimlər təmənnasız gəlirlər. Kimsə ödənişə görə çəkinməsin.

Bir çoxları çəkinir ki, evə həkim çağırsam, qonşular, ətrafdakılar görər. Yox, bunlardan çəkinərək özünüzü riskə atmayın. Elə bir ərəfədir ki, məsuliyyətli olmaq lazımdır. Qoyulan qaydalara mütləq əməl edilməlidir. Gigiyenik qaydalar bir yana, analiz verib özünüzdən tam əmin olmalısınız".


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar