Xəbər lenti
Aygün Kazımova fırıldaqçılıqla üzləşib

Müğənni Aygün Kazımovaya qarşı fırıldaqçılıq edilib.
Manevr.az xəbər verir ki, restoranlardan biri sənətçilərin adından istifadə edərək, Yeni il gecəsinə bilet satışını həyata keçirib. Lakin həmin müğənnilər orada iştirak etməyəcək.
Bu barədə müğənni Aygün Kazımova sosial şəbəkədə məlumat paylaşaraq, həmin sahibkarları fırıldaqçı adlandırıb: "Əziz həmvətənlərim, neçə gündür ki, restoranlardan birində Yeni il gecəsində səhnəyə çıxacağımla bağlı reklam çarxları yayımlanır. Mən bu gün xəbər tutmuşam. Bu, yalan məlumatdır. Mənim xəbərim belə, olmadan adımı reklam çarxına, afişa və bukletlərinə salıblar. Bu, yalnış məlumatdır! Mən Yeni il gecəsində həmin restoranda səhnəyə çıxmayacağam. Bu, fırıldaqlıdır. Həm mənə, həm də ora bilet alanlara qarşı fırıldaqdır. Bu restoranı işlədən şəxslər sizə və mənə qarşı oyun oynayır. Bu məlumatı sizə çatdırmağı özümə borc bildim. Məndən istifadə edə bildilər, heç olmasa, siz aldanmayın".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar