Sizin Reklam Burada
Xəbər lenti
27-05-2026
26-05-2026
BÜTÜN XƏBƏRLƏR

Elmira Rəhimova xəstəxanaya yerləşdirildi - ŞƏKİLLƏR

Tarix: 07-02-2020 16:42     Baxış: 3307 A- / A+
Elmira Rəhimova xəstəxanaya yerləşdirildi - ŞƏKİLLƏR


“Onu heç xəstə yatağında görmək istəməzdim. Amma nə edəsən ki, yaş öz sözünü deyir. Elmira Rəhimovanı həmişə gümrah görməyə adət etmişəm. Son vaxtlar səhhətindəki problemləri bilirdim. Amma o, buna baxmayaraq, özünü sındırmır, zarafatla da olsa “Top kimiyəm” deyirdi”.


Bu sözləri teleaparıcı Hacı Nuran Hüseynov Xalq artisti Elmira Rəhimova barədə şəxsi “Facebook” hesabında yazıb.

Teleaparıcı sənətkarı görmək üçün xəstəxanaya gedib. E.Rəhimova ilə bağlı xatirələrini bölüşən Hacı Nuran onun bağ evi arzuladığını deyib:

“Elmira Rəhimova mənə anam qədər əziz insandır. Onun barəsində nə qədər yazsam, yenə də azdır. Azərbaycan incəsənətində onun xüsusi yeri var. Heç kim Elmira xanım kimi hind mahnılarını sevə-sevə oxumadı. Açığını desəm, nəinki hind mahnılarını, elə Hindistanın özünü də Elmira xanıma görə sevdim.

Belə böyük sənətkarı xəstə görmək mənə pis təsir etdi. Amma o, həmişəki kimi optimistdir. Elmira xanım arzusunu da dilə gətirdi - bağ evim olsun, gedim orada istirahət edim, doyunca nəfəs alım”.

Hacı Nuran sənətçi ilə bağlı diləklərini də söylədi:

“Yastığın yüngül olsun, Elmira ana. Allahdan sənə ancaq şəfa diləyirəm”.

Qeyd edək ki, ötən həftə ad gününü “Xəzər” TV-nin “5-də 5” axşam şousunda qeyd edən Hacı Nuranı təbrik etmək üçün Elmira Rəhimova studiyaya gəlib. Sənətçi sonuncu dəfə məhz sözügedən proqramda iştirak edib. Onun uzun müddətdir ki, şəkər xəstəliyindən əziyyət çəkdiyi bildirilir./oxu.az

Manevr.az


Elmira Rəhimova xəstəxanaya yerləşdirildi - ŞƏKİLLƏR
Elmira Rəhimova xəstəxanaya yerləşdirildi - ŞƏKİLLƏR
Elmira Rəhimova xəstəxanaya yerləşdirildi - ŞƏKİLLƏR
Elmira Rəhimova xəstəxanaya yerləşdirildi - ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar