Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Dünya tarixinin ən bahalı avtomobilləri - TOP ONLUQ

Tarix: 26-12-2016 17:01     Baxış: 6328 A- / A+

Dünya tarixinin ən bahalı avtomobilləri


Hərraclarda bir çox müxtəlif avtomobillər baha qiymətə alıcısını tapır.

Manevr.az ölkə.az-a istinadən bu gün dünya hərraclarında bu günə qədər satılmış ən bahalı avtomobillərin siyahısını təqdim edir.

10. Ferrari 250 LM 1962

Satılıb: 6.979.000 dollar


Dünya tarixinin ən bahalı avtomobilləri


Avtomobil "RM Auctions and Sotheby" sərgisində 2008-ci ilin may ayında satılıb. Avtomobil İtaliyanın "Pininfarina" şirkəti tərəfindən yığılıb. Cəmi 32 nüsxə istehsal edilən Ferrari yarış üçün nəzərdə tutulub. Bu model 1965-ci ildə "Le-Man 24 saat" yarışının qalibi olub.

9. Shelby Cobra Daytona Coupe 1965

Satılıb: 7.250.000 dollar


Dünya tarixinin ən bahalı avtomobilləri


"Mecum" hərracında 2011-ci ilin avqust ayında satılıb. Cəmi 6 ədəd istehsal edilib. 60-cı illərdə "FİA GT" yarışlarında iştirak edib.

8. Rolls Royce 10hp 1904

Satılıb: 7.254.290 dollar


Dünya tarixinin ən bahalı avtomobilləri


"Bonhams" hərracında 2007-ci ilin dekabrında satılıb. İşlək vəziyyətdə olan ən köhnə "Rolls Royce" sayılır. Ötən əsrin əvvəllərində cəmi 17 ədəd istehsal edilib. Avtomobil 1.8 litr həcmli mühərriklə təchiz edilib və 10 at gücü hasil edir.

7. Mercedes-Benz 38/250 SSK 1929

Satılıb: 7.443.070 dollar


Dünya tarixinin ən bahalı avtomobilləri


"Bonhams" hərracında 2004-cü ilin sentyabr ayında satılıb. Ferdinand Porşenin üzərində işlədiyi son avtomobil "Mercedes SSK" sayılır. Bu vaxt artıq Porşe öz şirkətini qurmuşdu.

6. Bugatti 57SC Atalante Coupe 1937

Satılıb: 7.920.000 dollar


Dünya tarixinin ən bahalı avtomobilləri


"Gooding & Ко" hərracında 2008-ci ilin avqust ayında satılıb. Çox nadir modeldir.

5. Mercedes-Benz 540K Spezial Roadster 1937

Satılıb: 8.252.201 dollar


Dünya tarixinin ən bahalı avtomobilləri


"RM Auctions and Sotheby" hərracında 2007-ci ilin oktyabr ayında satılıb. Formula 1 rəhbəri və iş adamı Berni Ekklstouna məxsus olub.

4. Ferrari 330 TRI / LM 1962

Satılıb: 9.281.250 dolllar

Dünya tarixinin ən bahalı avtomobilləri



"RM Auctions and Sotheby" hərracında 2007-ci ilin may ayında satılıb. Ferrari tarixinin ən vacib modellərindən sayılır. "Le-Man 24 saat" yarışında qələbə qazanmaq məqsədi ilə istehsal edilib.

3. Bugatti Type 41 Royale Kellner

Satılıb: 9.800.000 dollar


Dünya tarixinin ən bahalı avtomobilləri


"Kristi" hərracına 1987-ci ilin noyabr ayında satılıb. Dünyada istehsal edilən beşinci "Royale"dir. Unikal dizayna malikdir.

2. Ferrari 250 GT SWB California Spyder 1961

Satılıb: 10.894.400 dollar


Dünya tarixinin ən bahalı avtomobilləri


Cəmi 55 ədəd istehsal edilib. Bu model aktyor Ceyms Kobernə məxsus olub. ""RM Auctions and Sotheby" hərracında 2008-ci ilin may ayında satılıb.

1. 1957 Ferrari 250 Testa Rossa

Satılıb: 12.402.500 dollar

Dünya tarixinin ən bahalı avtomobilləri


Dünyanın ən bahalı avtomobilidir. 22 ədəd istehsal edilən Testa Rossa modelinin 4-cüsüdür. 2009-cu ilin may ayında satılıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar