Sizin Reklam Burada
Xəbər lenti
10-05-2024
09-05-2024
BÜTÜN XƏBƏRLƏR

Xalq artistindən Xoşqədəm Hidayətqızının ünvanına KƏSKİN SÖZLƏR: “Anormal insanı tovlayıb...”

Tarix: 13-01-2020 10:43     Baxış: 4413 A- / A+
Xalq artistindən Xoşqədəm Hidayətqızının ünvanına KƏSKİN SÖZLƏR: “Anormal insanı tovlayıb...”


Xalq artisti Brilliant Dadaşova bir neçə ay əvvəl Tovuz rayonunun Dondar Quşçu kəndində müəmmalı şəkildə yoxa çıxan, ötən həftə yandırılmış meyiti tapılan Nərmin Quliyevanın ölümündə Xoşqədəm Hidayətqızını ittiham edib.

Manevr.az xəbər verir ki, Xalq artisti bu barədə instaqramda status yazıb. O, ad çəkməsə də, sözlərin “Səni Axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızına ünvanlandığı iddia olunur:

“Əziz dostlar gözəl bilirəm ki, onsuz da ayağımın altını qazımaq üçün fürsət axtaranların sayı artacaq. Psixologiyanı bilməyən, incə ələyib, sıx toxumaqdan bixəbər olanlar, yüz ölçüb bir biçə bilməyən insanlar ictimai proqram aparmamalıdır. Bir körpənin həyatıyla oynanıldı. Susaq deyirəm, uşağın ağlamaq səsi qulağıma gəlir. Kaş o proqramda hədə-qorxu gəlmək əvəzinə deyərdiniz ki, gəl sənə muştuluq-hədiyyə verəcəyik – psixoloji cəhətdən anormal insanı tovlayıb ortaya çıxarmaq daha asan olardı. Amma harda... Zaur Baxşəliyevə və Aytən Səfərovaya təşəkkür edirəm. Az da olsa, yaramıza məlhəm sürtdünüz”.

Xatırladaq ki, bu, iki məşhur arasında ilk qalmaqal deyil. Tanınmış jurnalist Xoşqədəm Hidayətqızı bir neçə il əvvəl müğənni Brilliant Dadaşovanın “TMB” kanalında yayımlanan verilişini bəyənmədiyini bildirmişdi. O, “TMB”də Dadaşovanın verilişinə baxıram. Bu ne yaaa…Dadaşovanın səsində problem var sanki. Türk müsafir sözün əsl mənasında ona oxumağın necə olduğunu göstərdi”, - deyə qeyd etmişdi./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar