Sizin Reklam Burada
Xəbər lenti
08-11-2025
07-11-2025
BÜTÜN XƏBƏRLƏR

Ağır qəzaya düşdüyü deyilən Vüqar: “Baxdım ki, özüməm, şoka düşdüm” - VİDEO

Tarix: 11-01-2020 13:02     Baxış: 4255 A- / A+
Ağır qəzaya düşdüyü deyilən Vüqar: “Baxdım ki, özüməm, şoka düşdüm” - VİDEO


Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə müğənni Vüqar Muradovun tanınmaz halda xəstəxanada fotosu yayılıb. Sənətçinin qəzaya düşərək ağır bədən xəsarətləri aldığı bildirilib.

Avtomobil qəzasına düşüb səhhətinin ağır vəziyyətdə olduğu deyilən müğənni Vüqar Muradov ARB TV-də yayımlanan “Elgizlə İzlə” sosial-ictimai proqramın canlı yayımına gələrək haqqında yayılan xəbərlərə münasibət bildirib:

“Dörd-beş gün öncə Qax tərəfdə toyda idim. Fikirləşdim ki, gedim evdəkiləri həm görüm, həm də onlarla istirahət edim. Ötən gün atam və qardaşımla birlikdə notariusa getmişdik. Orada olanda dostum Rövşən Tağıyev telefonuma şəkil göndərdi ki, “Vüqar, bu nə xəbərdir?”

Baxdım ki, özüməm. Şoka düşdüm. Və paylaşan adamın profilini göstərdi. Dedi ki, bu insan paylaşıb, bank kartı ilə pul yığır. Bu hər kimdirsə, mənim adımdan istifadə edib pul yığmağa çalışır. Yaxınlıqda həmin bankın filialı var idi. Banka girib birbaşa müdirin yanına qalxdım. Pul yığmaq üçün paylaşılan bank hesabının bağlanmasını istədim.

Daha sonra həmin paylaşımı edən adamın “Facebook” hesabına baxdım. Etdiyi paylaşımın altında telefon nömrəsi var idi. Həmin nömrəyə zəng edəndə mənə xəbərin yalan olmadığını dedi. Həqiqətən də, belə adam var. Yaralıdır. Yardıma ehtiyacı var. Mənə videogörüntüsünü yolladı. İnsan insana bu qədərmi oxşayar?! Gedib ona baş çəkəcəyəm. Mənim üçün narahat olan insanların qarşısında baş əyirəm”./oxu.az

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar