Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

"Bu mahnı sevgi və ehtiras haqdadır" - Səfurə

Tarix: 09-01-2020 16:59     Baxış: 5281 A- / A+
"Bu mahnı sevgi və ehtiras haqdadır" - Səfurə


"Eurovision" yarışması ilə bağlı olan məşhur "WiwiBloggs.com" saytı müğənnilik fəaliyyətini dayandıran Səfurə Əliyevadan müsahibə alıb.

Manevr.az axşam.az-a istinadən xəbər verir ki, 2010-cu ildə ölkəmizi sözügedən müsabiqədə təmsil edən ifaçı 2013-cü ildə ailə quraraq sənətdən uzaqlaşmışdı.

Səfurə bu yaxınlarda oxuduğu yeni mahnıdan bəhs edib. O bildirib ki, "High on your love" yanvarın 10-da saat 00:00-da təqdim olunacaq:

"Musiqi hər zaman içimdə yaşayır. Məni ruhlandıran isə ailəmdir".

S.Əliyeva ana olduqdan sonra musiqiyə vaxt ayıra bilmədiyini açıqlayıb. "Sonra isə düşündüm ki, səhnəyə qayıtmıramsa, onda musiqi hobbim olsun. Dünyanın bir çox yerindən mənə mahnılar təklif edilir" deyə, o əlavə edib.

Səfurə bildirib ki, məşhur bəstəkar Maykl Ceyms Daun ona bir neçə bəstə göndərib. İfaçı onların arasından "High on your love"ı seçib.

"Bu mahnı sevgi və ehtiras haqdadır. Bütün sevən insanlara həsr edilir", - Əliyeva bildirib.

Səfurə "Eurovision" müsabiqəsinə yenidən qatılmaq istəyi ilə bağlı suala "Ölkəni beynəlxalq yarışmada təmsil etmək böyük məmnunluqdur. Amma yarışmaya bir dəfə getmək bəsdir" cavabını verib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar