Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Məşhur türkiyəli müğənni Bakıdakı evində konsert verir - AÇIQLAMA

Tarix: 05-01-2020 05:42     Baxış: 3188 A- / A+
Məşhur türkiyəli müğənni Bakıdakı evində konsert verir

Azərbaycan millətini, onların mehribanlığını çox sevirəm. Çünki insanlarınız bir işi ürəklə, sevgi ilə yerinə yetirirlər. Məsələn, uzun illər Avropada yaşadım. Ancaq orada insanların bu qədər mehriban olduğunu görmədim. Nə vaxta kimi Azərbaycanda qalacağımızı bilmirəm. Amma burada yaşadığım illəri unutmayacağam.

Bunu açıqlamasında Türkiyənin məşhur opera müğənnisi Oya Ergün deyib.

“Səkkiz ildir Azərbaycanda yaşayıram. Həyat yoldaşım Azərbaycandan gələn iş təklifini altı aylıq qəbul etmişdi. Amma buranı sevdiyimiz üçün qaldıq. Azərbaycanda yaşadığımız üçün xoşbəxtik”, - deyə O.Ergün əlavə edib.

Sənətçi bildirib ki, bəzən Azərbaycan dilində danışmaq çətin olur.

“Ancaq başa düşməkdə çətinlik çəkmirəm. İlk gəldiyimiz zaman bir çox sözlərdə əziyyət çəkirdik. Çünki bizim dilimizdə olan sözlərin çoxunun mənası Azərbaycan dilində tam başqa cür olurdu. Cümlələr fərqli başa düşülürdü. İndi isə heç bir problem yoxdur.

Azərbaycana gəldiyim gündən sənətimi burada da davam etdirirəm. Öz şəxsi evimdə hər ay konsertlər verirəm. Özüm də konsertlərdə solist olaraq çıxış edirəm. Ölkənizin tanınmış musiqiçiləri konsertlərimdə iştirak edir. Həmçinin, istedadlı gənclərə də şərait yaradırıq.

Azərbaycandan öncə səkkiz il xaricdə yaşamışam. Ona görə də uzun illərdir Türkiyədən uzaqdayam. Amma bu ideya Avropada ənənə halını almış bir adətdir. Uşaqlığımdan musiqiçi bir ailədə böyümüşəm. Ona görə də ev konsertlərinə alışmışam”, - deyə opera müğənnisi bildirib.

O.Ergün Tofiq Quliyev və Rəşid Behbudovu sevdiyini qeyd edib:

“Azərbaycan musiqilərdən ibarət geniş repertuar hazırlamışam. Hətta sizin musiqilərdən ibarət konsert belə vermişəm. Ən sevdiyim bəstəkar Tofiq Quliyevdir. Qara Qarayev və Üzeyir Hacıbəylinin də musiqilərinə qulaq asıram. Amma ifaçılardan da çoxunu tanıyıram. Rəşid Behbudov isə mənim üçün ən önəmli ifaçıdır. Hətta onun mahnılarından ibarət “Sevgilim” adlı albom hazırlamışam.

Müasir müğənnilərinizdən də çoxunu tanıyıram. Kiminsə adını çəksəm, o biriləri inciyə bilər. Çoxu dostumdur”.

Məşhur müğənni ən çox ət və göy qutablarını sevdiyini, hətta özünün də bu təamları hazırladığını vurğulayıb. oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar