Sizin Reklam Burada
Xəbər lenti
19-06-2026
18-06-2026
BÜTÜN XƏBƏRLƏR

“İçki içmirəm, gecə həyatım yoxdur” - Manana

Tarix: 23-12-2016 14:28     Baxış: 5393 A- / A+
“İçki içmirəm, gecə həyatım yoxdur”


“Gürcüstanda məni, “Azərbaycanı təmsil edən bizim qızımız” deyə təqdim edirlər. Mən bu təqdimatla fəxr edirəm. Mənim illər öncə iki pasportum vardı. Qanun ikili vətəndaşlığa icazə verirdi. Ancaq tək vətəndaşlığa keçən zaman dedilər ki, birini seç. Düşünmədən Azərbaycan vətəndaşlığını seçdim. Çünki mən burada yaşayıram".

Manevr.az xəbər verir ki, bu sözləri əməkdar artist Manana Caparidze “Şou məkan” verilişində deyib.

Müğənni bildirib ki, Azərbaycan dilində danışmaq onun üçün çətindir:

"Məni başa düşmürlər. Ancaq çalışıram hamı görsün ki, mən Azərbaycana minnətdaram. Bu torpaq mənim üçün müqəddəsdir. Valideynlərimin qərarı ilə burda qaldım. Artıq 18 ildir ki, Azərbaycanda yaşayıram. Mənim üçün bu 18 il çox vacib il olub. Çətinliklər, gözəl günlər, bayramlar, Azərbaycanda nə varsa, onu özümünkü kimi qəbul edirəm”.

Manana hər zaman formada qalmağından söz açıb:

"Pis vərdişlərim yoxdur. Məsələn, siqaret çəkmirəm, spirtli içki içmirəm. Gecə həyatım yoxdur. Yağlı və duzlu yeməkləri sevmirəm. Baxmayaraq ki, gürcü mətbəxi bir az acılıdır. Ancaq mən səsimə görə bu cür yeməklərdən imtina etmişəm".


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar