Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Bu gün Zeynəb Xanlarovanın 83 yaşı tamam olur

Tarix: 28-12-2019 09:56     Baxış: 4255 A- / A+
Bu gün Zeynəb Xanlarovanın 83 yaşı tamam olur


Bu gün Azərbaycanın görkəmli müğənnisi, Xalq artisti Zeynəb Xanlarovanın doğum günüdür.

Manevr.az bildirir ki, Xalq artistinin 83 yaşı olur. Zeynəb Xanlarova 1936-cı ildə Bakıda dünyaya gəlib. 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib.

O, 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Ü.Hacıbəylinin "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında Leyli və Əsli obrazlarını yaradıb. Repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur.

Z.Xanlarova Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçılarından biridir. Zeynəb Xanlarova, həmçinin bir sıra mahnıların da müəllifidir. Dünyanın bir çox ölkələrində konsertlər verib. Zeynəb Xanlarova uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

O,1975-ci ildən Azərbaycanın xalq artisti, 1980-ci ildən SSRİ xalq artistidir. Azərbaycan SSR Dövlət mükafatı laureatıdır (1985). "Şöhrət" və "Heydər Əliyev"ordeni ilə təltif edilib./axşam.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar