Sizin Reklam Burada
Xəbər lenti
08-11-2025
07-11-2025
BÜTÜN XƏBƏRLƏR

"Ən uğurlu işim qəbir qazdırmağımdır"

Tarix: 23-12-2019 16:27     Baxış: 3183 A- / A+
"Ən uğurlu işim qəbir qazdırmağımdır"


"10-20 il bundan əvvəl də yaxşı dolanırdım, indi də. Zəhmət çəksən, yaxşı dolanacaqsan. İndi camaat yatır, axşam əli cibində çıxır küçəyə. Bizim indi də torpağımız var. Qardaşım işləyir. O vaxt göyərtidən belə becərirdik. Amma indi bir günə qazandığımı o vaxt bir aya qazanırdım. Amma ləzzəti başqa idi".

Manevr.az axşam.az-a istinadən bildirir ki, bu sözləri meyxanaçı Ağamirzə Məmmədov "Ay Zaur" verilişində qonaq olarkən deyib. Həyatından, ailəsindən danışan sənətçi bunları deyib:

"İki qız övladım var: birinin 23, digərinin 19 yaşı var. Hələ toyları olmayıb. Atam bizi kasıbçılıqla böyüdüb.

Bizim ailədə bugünədək spirtli içki içilməyib. Bir dəfə qardaşımın boğazı şişib. Həkim məsləhət görmüşdü ki, araqla kompres etmək lazımdır. Atam demişdi ki, uşaq ölsə də, bu evdə spirtli içki olmayacaq. Atam dindar adam olub. Mənim dilimə araq dəyməyib. 1 bacı və 5 qardaşıq. İndi də göyərti əkib satırlar. Hələ qardaşlarından biri ailəsi ilə saat 9-dan sonra çölə çıxmır".

Ağamirzə daha sonra özü üçün qəbir qazdırmasından söz açıb:

"Ölməkdən yox, yataq xəstəsi olmaqdan qorxuram. Özüm üçün qəbir qazdırmışam, üstünü də örtmüşəm. Bu dünyada ən uğurlu işim budur. Bu dünyada bir qəbir qazanmışam. Hər şey gəldi-gedərdi".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar