Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı məşhurların sənətdən kənar şəxsi biznesləri – SİYAHI

Tarix: 05-12-2019 16:02     Baxış: 4259 A- / A+
Azərbaycanlı məşhurların sənətdən kənar şəxsi biznesləri – SİYAHI

Hər zaman bahalı avtomobilləri, evləri ilə gündəmə gələn azərbaycanlı məşhurların tək gəlir yeri öz peşə sahələri deyil. Onlardan bir çoxu müğənnilik, aparıcılıqla yanaşı şəxsi bizneslə də məşğul olurlar.

Manevr.az şəxsi biznesə sahib olan azərbaycanlı məşhurların siyahısını təqdim edir:
Azərbaycanlı məşhurların sənətdən kənar şəxsi biznesləri – SİYAHI

Siyahıya ilk növ olaraq ATV-nin məşhur siması, “Bozbaş pictures”in yaradıcılarından sayılan İlkin Həsəni ilə başlayaq. O, 2014-cü ildən etibarən “İlk media”nın təsisçisidir. Burada reklam, film, serial çəkilişləri həyata keçirilir. Bu il aparıcı şirkətinin 6 illiyini qeyd edir. Bundan əlavə, “İdea Factory” SMM şirkətinin rəhbəridir. Bura çap işləri, dizayn, TV media reklamları və s. daxildir.

Əsl peşəsi həkim olsa da, hind rəqsləri ilə məşhurlaşan Oksana Rəsulovanın da şəxsi biznesi var. Rəqqasə “OksiMedia production”ın sahibidir. Sözügedən şirkət kliplərin, serialların və filmlərin istehsalı ilə məşğul olur. Bununla yanaşı, Oksananın rəqs məktəbi var.
Azərbaycanlı məşhurların sənətdən kənar şəxsi biznesləri – SİYAHI

Daim zövqlü geyimlər geyinən Zamiq Hüseynov “ZH” kişi geyim dükanının sahibidir. Sözügedən mağazada yalnız kişilər üçün geyimlər və ayaqqabılar satılır.
Azərbaycanlı məşhurların sənətdən kənar şəxsi biznesləri – SİYAHI

Müğənni Yaşar Cəlilov da gözəllik mərkəzi sahibi olanlar arasındadır. Onun sahibi olduğu gözəllik salonunun adı “Ulduzum by Yaşar Cəlilov”dur.
Azərbaycanlı məşhurların sənətdən kənar şəxsi biznesləri – SİYAHI

Bir neçə gözəllik mərkəzinə sahib olan sənətçilərdən biri də Nüşabə Ələsgərlidir. O, dəfələrlə media və efirlərdə biznesinin gəlir gətirmədiyi barədə açıqlama verib.
Azərbaycanlı məşhurların sənətdən kənar şəxsi biznesləri – SİYAHI

Ruhi Əliyeva müğənnilikdən uzaqlaşıb bizneslə məşğul olanlar arasındadır. O, “Emerald” adlı zərgərlik butikinin sahibidir. Bununla yanaşı, Ruhinin həm Azərbaycanda, həm də Türkiyədə fəaliyyət göstərən “Liatris” adlı holdinqi var. “Liatris Travel” da holdinqin tərkibinə daxildir. Bundan əlavə Ruhi “Youtube” kanalındanda əlavə gəlir qazanır. O, hazırladıqları yeməkləri geniş izləyici kütləsinə sahib kanalında yerləşdirir və reklam xarakterli paylaşımlar edir.
Azərbaycanlı məşhurların sənətdən kənar şəxsi biznesləri – SİYAHI

Ailə həyatı qurduqdan sonra Rusiyanın Moskva şəhərinə köçüb orada müğənnilik fəaliyyətini davam etdirən Rəqsanə İsmayılovanın Moskvanın mərkəzində “Farrof palace” adlı şadlıq sarayı var.
Azərbaycanlı məşhurların sənətdən kənar şəxsi biznesləri – SİYAHI

Tanınmış şoumen Murad Dadaşov “M Group Production” şirkəti ilə yanaşı şirniyyat evinin sahibidir. Həmin şirniyyat evi “Cot’d Azur” adlanır.
Azərbaycanlı məşhurların sənətdən kənar şəxsi biznesləri – SİYAHI

Əməkdar artist Abbas Bağırov yüksək qiymətə toy idarə edən sənətçilərdəndir. A.Bağırovun “ABA” adlı şirniyyat evi var.
Azərbaycanlı məşhurların sənətdən kənar şəxsi biznesləri – SİYAHI

Müğənni Manaf Ağayev isə toydan gələn gəlirlərini ev və maşına yatırır. Varlı müğənnilər sırasında adı hallanan Manaf bütöv toy oxumaqla yüksək gəlir əldə edir. Bundan əlavə o, tikinti sahəsində biznesə başlayacağı barədə də açıqlama verib.
Azərbaycanlı məşhurların sənətdən kənar şəxsi biznesləri – SİYAHI

Varlı müğənnilər sırasında adı hallananlardan biri də müğənni Ədalət Şükürovdur. Onun bir zamanlar aptek və turizim şirkəri olsa da daha sonra bağlanıb. Lakin o, açıqlamalarında smalta daşından gözəl əsərlər üzərində işlədiyi və bunu biznesə çevirdiyini bildirib. Qızı isə Azərbaycana daxil olan bütün ətirlərin işinə baxır.
Azərbaycanlı məşhurların sənətdən kənar şəxsi biznesləri – SİYAHI

Aparıcı İlham Mirzəyevi məlumdur ki, hər kəs “Tale yolları” proqramı ilə tanıyıb. Buna görə də o, sahibi olduğu şadlıq evinin adını “Tale yolları” qoyub. Bundan əlavə o, “İlhamed” sağlamlıq mərkəzinin də sahibidir. Bir zamanlar aparıcı həbsdə olarkən sağlamlıq mərkəzinin fəaliyyətinin dayandırılması ilə bağlı xəbərlər çıxmışdı.
Azərbaycanlı məşhurların sənətdən kənar şəxsi biznesləri – SİYAHI

“Bu şəhərdə” adlı konsert proqramı ilə il ərzində 2 dəfə tamaşaçıları ilə görüşən aktyorlar Rafael Dadaşov və Coşqun Rəhimov “Bu şəhərdə” restoranının sahibidirlər.
Azərbaycanlı məşhurların sənətdən kənar şəxsi biznesləri – SİYAHI

Ölkənin ən uzunmüddətli musiqi qruplarından olan “Şeron”un solisti Ülvi də restoran biznesi quranlar arasındadır. O, “Abşeron” şadlıq evinin sahibidir.
Azərbaycanlı məşhurların sənətdən kənar şəxsi biznesləri – SİYAHI

Azərbaycanda xınayaxdı biznesi son illərdə ən çox yayılmış bizneslərdəndir. Bu biznesə şou-biznes nümayəndələrindən bir neçəsi sahibdir. Onlardan biri də rəqqasə Fatimə Fətəlidir. Xınayaxdı məclislərində aparıcılıq etməklə yanaşı “Banu” adlı dekor yerinin sahibidir. Bundan əlavə, “Banu” rəqs məktəbi və “Banu” gözəllik mərkəzinin də sahibidir.
Azərbaycanlı məşhurların sənətdən kənar şəxsi biznesləri – SİYAHI

Bu sahə ilə məşğul olan məşhurlar sırasında xərçəng xəstəliyi ilə mübarizə aparan əməkdar artist Tünzalə Əliyeva, məşhur şair və qiraətçi Nazilə Səfərli, müğənnilər Xuraman Şuşalı və Rahidə Baxışova da var.yeniavaz.com
Azərbaycanlı məşhurların sənətdən kənar şəxsi biznesləri – SİYAHI


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar