Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

“Qardaşımla atam məni öldürmək istəyirdilər” – Kərimi hansı həmkarı xilas edib?

Tarix: 14-10-2019 15:49     Baxış: 3192 A- / A+
“Qardaşımla atam məni öldürmək istəyirdilər” – Kərimi hansı həmkarı xilas edib?

Müğənni Kərim Abbasov Tarix Əliyevin (Tolik) “Youtube”da yayımlanan “Səmimi” verlişinin qonağı olub.

Manevr.az xəbər verir ki, ifaçı prodüser Təranə Səmədova ilə evliliyindən, keçmiş həyat yoldaşının onun başına açdığı oyunlardan danışıb:

“O qızın mənə vurduğu zərbələri heç Allah da, fələk də vurmayıb. Onu bağışlaya bilmirəm. Əlimə şans düşsə, Təranəni bir qaşıq suda boğaram. Baxmayaraq ki, bütün yaşananların üstündən 12 il keçib. Mənə çox haqsızlıqlar edib. Amma heç vaxt Təranənin mənə qarşı etdiklərini danışmamışam, danışmaram da, çünki onun da bir qız övladı var. Susmuşam, amma o, hər zaman məni efirlərdə təhqir edib”.

Kərim Təranənin ucbatından atasının və qardaşının onu öldürmək istədiklərini deyib:

“Təranənin ucbatından qardaşımla rəhmətlik atam məni öldürmək istəyiblər. Onları qınamıram. Çünki çox pis vəziyyətdə idilər. 12 il bundan öncə Təranənin ağzından çıxan bir sözə görə hörmətli bir kişi və bir qardaş utandıqlarından evdən çölə çıxa bilmirdilər. Pilləkəndə evimə çıxanda eşitdim ki, qardaşımla atam üz-üzə oturub mənim ölümümün planını cızırlar. Bunu mən öz qulaqlarımla eşitmişdim. Elə bir vəziyyətdə idim ki, öz canıma qəsd etmək istəyirdim. Mən onun ucbatından 2 ay dəlilərlə birlikdə yaşadım. Məni ölümdən qaytaran Səidə Sultan olub. Dərmanlar içmişdim, Səidə Sultan məni xilas edib”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar