Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Elçin Əlibəyli Maral Tahirqızından üzr istədi - VİDEO

Tarix: 30-08-2019 11:50     Baxış: 3140 A- / A+
Elçin Əlibəyli Maral Tahirqızından üzr istədi - VİDEO

Ötən il Elçin Əlibəylinin özünün "El bizim, sirr bizim" verilişində Maral Tahirqızını qovması ictimaiyyət tərəfindən narazılıqla qarşılandı və hələ də mövzu ilə ona iradlar bildirənlər var.

Manevr.az xəbər verir ki, teleaparıcı Maral Tahirqızı ilə bağlı bütün iradları qəbul etdiyini bildirərək ictimai çəkildə hər kəsdən üzr istəyib:

"İki məsələ ilə bağlı aydınlıq gətirmək və daha çox sizdən, üzr istəmək niyyətindəyəm. Maral Tahirqızı ilə bağlı bütün iradları qəbul edirəm və bir xanım kimi onunla o cür rəftar etməli deyildim. Sadəcə həmin vaxt mən onun qismində qadın yox, sənətə yüngüllük gətirən şəxslərin birləşmiş obrazını gördüm və bir növ partladım. Əlbəttə, bunu etməli deyildim, amma hər kəsin iş prosesində səhvi ola bilər. Bu baxımdan birinci hamınızdan, ayrıca Maral Tahirqızından sırf qadın olduğu üçün üzr istəyirəm.

İkinci, Bayram Nurlu məsələsinə aydınlıq gətirim. KİV-də və dövlət qurumlarında çalışanlar bilir ki, bir çox halda icraçılar üzdə olub, qınansa da məsələlər onlarsız həll olunur. Dolayısı ilə nə dediyimi anladınız və rica edirəm, anlaşıqlı olub, bu məsələdə məni qınamayasınız. Hər birimiz elə situasiyalar olub ki, övladımıza görə nəyisə udmalı olmuşuq. Ola bilsin bu mənim işimə xəyanətdir, qəbul edirəm. Buna görə də sizin hər birinizdən üzr istəyirəm və söz verirəm ki, sonrakı fəaliyyətimdə bunlara oxşar və ya digər irad bildirdiyiniz məqamlar təkrarlanmayacaq. Sizə mənə olan münasibətinizdən asılı olmayaraq, hər birinizə dərin ehtiramımı bildirirəm!"


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar