Sizin Reklam Burada
Xəbər lenti
17-11-2025
16-11-2025
15-11-2025
BÜTÜN XƏBƏRLƏR

İradə İbrahimova SƏNƏTDƏN GETDİ? - ŞOK AÇIQLAMA

Tarix: 29-08-2019 11:48     Baxış: 3178 A- / A+
İradə İbrahimova SƏNƏTDƏN GETDİ? - ŞOK AÇIQLAMA

Türkiyə vətəndaşıyla ailə qurduqdan sonra qardaş ölkədə yaşayan müğənni İradə İbrahimova sənətdən getməsi ilə bağlı şübhələr oyadan status yazıb.

Manevr.az xəbər verir ki, sənətçi instaqramda paylaşdığı statusda müğənnilik fəaliyyətinə 19 yaşından başladığını, 15 il dayanmadan çalışdığını, lakin bir müddət sonra yorulduğunu və mənəvi istirahətə ehtiyacı olduğunu qeyd edib.

O, sənətindəki durğunluğun səbəbini belə izah edib: “15 yaşında iş həyatının nə olduğunu bilmədən ilk qonorarımı aldım. Həyat ilk olaraq ruzimi əlimə sıxışdırdı. Sonra fasilələr... Ta ki 19 yaşına gəlincəyə qədər. 19 yaşımda həm universitetdə oxumağa, həm də işləməyə başladım və bu fasiləsiz, tam 15 ilə yaxın professional iş həyatımda çox həyəcanlar yaşadım, çox gözəl işlərə imza atdıq. Tək deyildim, dəstək olan, əlim-qolum olan gözəl ürəkli insanlarla addımladım, çoxaldım, sizlərlə paylaşdım.

Özümü tanıyandan bəri çox çalışdım. Qarnım burnumda belə səhnəyə çıxmağa can atdım və çıxdım. Nə doğum dedim, nə ölüm, dayanmaq istəmədim. Arı kimi çalışdım. Bəzən "hər yerə necə yetişirdim" dediyim və təəccübləndiyim çox oldu. Sonra bir gün gəldi yoruldum, maddi ilə məna arasında qısılıb qaldım. Maddi məni udmasın deyə, yavaşladım. Maddinin mənadan daha dəyərli olmadığını başa düşdüyüm üçün mənaya sığındım. Maddini cansız, mənanın canlı olduğunu başa düşdüm. Özümə yuxarıdan baxmaq üçün heç ayağımı əyləcə basmadan yavaşca sağa çəkib durdum. Həyat sanki mənə o vaxt "çək kənara mənanın sənə söyləmək istədiyi bir şey var" dedi. Dayandım və bütün qəlbimlə, böyük səylə dinləmək, başa düşmək istədim. Bəzən bir kitabla, bəzən bir cümləylə, bəzən oxuduğum, bəzən dinlədiyim nəğmələrlə, bəzən qarşılaşdığım insanlarla, bəzən bir ağacın gövdəsiylə, bəzən mənə baxan bir cüt gözəl gözlə başa salmağa, öyrətməyə çalışdı. Etmək istəmədiyim, olmaq istəmədiyim, ürəyimin istəmədiyi hər şeyi özümdən uzaqlaşdıracaq qədər yaşlandığımdandır bəlkə, bilmirəm... Amma "yox" deyə bilməyi öyrənməlisən dedi. O vaxtlar "bəli"lərim qədər "yox"larım da qiymətli və ürəkdən idi”.

Sonda isə müğənni ailəsinə və bacısı stilist Nigar İbrahimovaya öz təşəkkürlərini ifadə edib.

“Məni mən edən Allaha, ailəmə, əsas da bacım Nigar İbrahimovaya, hələ də dəstəklərini əsirgəməyən, yanımda olduqlarını hiss etdirən çox dəyərli insanlara, 19 yaşımın enerjisinə salam olsun”.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar