Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Türk müğənni azərbaycanlı jurnalistin mahnısını ifa etdi -VİDEO

Tarix: 16-08-2019 14:43     Baxış: 4164 A- / A+
Türk müğənni azərbaycanlı jurnalistin mahnısını ifa etdi -VİDEO

Türk müğənnisi İnanç Karaduman azərbaycanlı jurnalist Azər Nəsibovun musiqi və söz müəllifi olduğu "Adı sevgi" adlı mahnını ifa edib.

Manevr.az xəbər verir ki, yeni çıxan "Senden ibaret" adlı albomunda yer alan mahnıya İ. Karaduman klip də çəkdirib.

DMC şirkətinin istehsalı olan klip bu gün "YouYube"də yayımlanıb. "Adı sevgi" mahnısının aranjinanı Toylan Kayaya, klipin rejissor işi isə Eyüp Diriliyə aiddir.

Türkiyədə olduğu qədər Azərbaycanda da tanınmaq istəyən İ. Karaduman həmyerlimizin mahnısını ifa etməklə məqsədinə doğru ilk addımı atdığını açıqlayıb. Müğənni Azərbaycan xalqı tərəfindən tanınıb, sevilmək, eləcə də gələcəkdə ölkəmizdə konsertlər vermək niyyətindədir.

Məlumat üçün bildirək ki, Azər Nəsubovun bundan əvvəl daha iki mahnısı türk müğənniləri tərəfindən ifa edilib. Müğənni Damla Koç onun "Sahibi sən", Sezi Çeşitli (Tual qr.) isə azərbaycanlı müğənni Ümmanla "Yalnız kaldık" adlı mahnısını duet ifa ediblər.

Daha bir türk müğənnisi - Banu Karaca Azər Nəsibovun iki mahnısını ifa edəcək.

Qeyd edək ki, Banu Karaca "Adı sevgi" mahnısına çəkilən klipdə İnanç Karadumanın tərəfmüqabili olaraq iştirak edib.

Sözügedən klipi təqdim edirik:


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar