Xəbər lenti
Nigar Camal "Jara"dan uzaqlaşdırılıb? - Açıqlama
Müğənni Nigar Camalın "Jara" musiqi festivalından uzaqlaşdırılması barədə məlumat yayılıb.
Manevr.az xəbər verir ki news24.az-ın yaydığı informasiyaya görə o, Stas Mixayılovla duet oxumadığına görə festivaldan kənarlaşdırılıb. Hətta səhnəyə çıxmayıb.
Sənətçinin mətbuat xidməti isə yayılan məlumatlara belə aydınlıq gətirib:
"Nigar Camalla Stas Mixayılovun dueti əvvəlcədən planlaşdırılıb və hər iki sənətçinin fonoqram üzərində canlı ifası nəzərdə tutulub. Lakin Bakıda səsyazma studiyasında S.Mixayılovun mahnısı Nigarın səsi ilə yazılsa da, səsin yazılma keyfiyyəti qarşı tərəfi qane etməyib. Festivalın keçiriləcəyi gün isə Nigar Camala S.Mixayılovun fonoqram üzərində canlı, onun isə təkcə canlı ifasının olacağı deyilib. Bu zaman isə müğənni həmkarı ilə onun səsinin arasında böyük fərq yaranacağını deyib və S.Mixayılovla səhnəyə çıxmaqdan imtina edib. Sənətçinin bu məsələyə görə "Jara" festivalından uzaqlaşdırılması və səhnəyə çıxmasının qarşısının alınması məsələsi ilə absurddur. Nigar Camal 26 iyul gecəsi səhnəyə çıxıb və "Я в твоем плену" mahnısını ifa edib. Bunun görüntüləri də var. "Jara" təşkilatçıları ilə komandamız arasında heç bir problem yaranmayıb".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar