Sizin Reklam Burada
Xəbər lenti
07-11-2026
06-11-2026
BÜTÜN XƏBƏRLƏR

“Azərbaycanlı çoban” qoyunlarını satıb klip çəkdirdi - VİDEO

Tarix: 18-07-2019 21:17     Baxış: 4299 A- / A+
“Azərbaycanlı çoban” qoyunlarını satıb klip çəkdirdi - VİDEO

Azərbaycanlı çoban kimi tanınan “O ses Türkiye” yarışmasının iştirakçısı Pərvin Səfərov ilk klipini çəkdirib.

Bu barədə yeniavaz.com-a P.Səfərovun özü məlumat verib. O bildirib ki, klipin çəkilişləri İsmayıllı və Bakıda aparılıb: “Klipimin çəkilişləri İsmayıllı və Bakıda aparıldı. Bakı çəkilişləri dostumuzun mebel mağazasında reallaşdı. Klipin bütün ideyaları mənə məxsusdur. Mahnının sözləri gənc şairimiz Rüfət Sabirliyə, musiqisi isə özümündür”.
“Azərbaycanlı çoban” qoyunlarını satıb klip çəkdirdi - VİDEO

O, klipin maddi xərclərini qarşılamaq üçün qoyunlarını satdığını bildirib: “Sponsor tapa bilmədiyimə görə, məcbur olub qoyunlarımı satdım. Səsi olmayan bəzi qadın müənnilər klip çəkdirəndə 100 dənə sponsor çıxır, ancaq mənim klipimə bir dənə də olsun maddi dəstək olan olmadı. Hər şeyi çətin də olsa özüm etdim. İlk klipimdir. Ümid edirəm ki, izləyicilərim tərəfindən bəyənilər və uğurlu olar. Bütün sevənlərimdən xahişim budur ki, ilk işimi izləyərək və paylaşaraq dəstək olsunlar ki, hər zamankı kimi uğurlarımda onların da payı olsun”.

Pərvin Səfərovun klipini təqdim edirik:


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar