Sizin Reklam Burada
Xəbər lenti
30-04-2024
29-04-2024
BÜTÜN XƏBƏRLƏR

İki Şəbnəm ad davasına çıxdı: İş məhkəməyə gedə bilər - AÇIQLAMA

Tarix: 04-07-2019 18:14     Baxış: 3127 A- / A+
İki Şəbnəm ad davasına çıxdı: İş məhkəməyə gedə bilər - AÇIQLAMA

Şou-biznesin iki eyniadlı müğənnisi Şəbnəm Qəhrəmanova ilə Şəbnəm Tapdıq arasında qalmaqal yaşanıb.

Belə ki, Ş.Qəhrəmanova “Xəzər” TV-də yayımlanan “Beşdə-beş” proqramında Ş.Tapdığın 102-yə zəng vuraraq, ondan şikayət etdiyini deyib. Onun iddiasına görə, Ş.Tapdığın bu addımı atmasına səbəb adı olub. O, Ş.Qəhrəmanovanın adını dəyişməsini tələb edib.

Manevr.az xəbər verir ki, qalmaqallı olayla bağlı oxu.az-ın əməkdaşı hər iki sənətçi ilə əlaqə saxlayıb.

Şəbnəm Qəhrəmanova açıqlamasında bildirib ki, bu hadisə bir neçə ay əvvəl olub:
İki Şəbnəm ad davasına çıxdı: İş məhkəməyə gedə bilər - AÇIQLAMA

“Bir neçə ay bundan öncə o, mənə 102-yə zəng vurub şikayət etdiyi haqda SMS yollayıb. Bir daha bu hal təkrarlansa, mən Şəbnəm Tapdığı məhkəməyə vərəcəyəm”.

Qarşı tərəf - Şəbnəm Tapdıq isə belə bir iş görmədiyini və adaşının yalan danışdığını dilə gətirib:

“Getsinlər, işləri-gücləri ilə məşğul olsunlar. Mən heç kimi polisə verməmişəm. Əksinə, fəxr edirəm ki, mənim adımı bütün Azərbaycan daşıyır. Adam nə qədər dar düşüncəli, axmaq olmalıdır ki, elə bir addım atsın. Mən o boyda yazıçı, şair İlyas Tapdığın qızıyam. Tovuzlu da mənim adımı daşıyır. Sağ olsun, dəfələrlə bunu verilişlərdə qeyd edib.
İki Şəbnəm ad davasına çıxdı: İş məhkəməyə gedə bilər - AÇIQLAMA

O vaxt mən oxuyanda bunların analarının mənim adımdan xoşu gəlib və qızlarına Şəbnəm adını qoyublar. Mən də özümü rəsmi olaraq ilk Şəbnəm elan eləmişəm. Burada nə var ki?! Adaş mənə şər atır. Şər atmağın özünün də məsuliyyəti var. Onun anası hər zaman deyib ki, sən müğənni Şəbnəmin adını daşıyırsan. Günah edirsən, bu adı daşıdığını danma. Çünki sənin adını ona baxıb qoymuşam”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar